
Dünya / Siyasət
Dünən, 11:32
629
ABŞ İranda 5 körpünü dağıdıb: Ölənlər var
ABŞ-ın İrandakı körpüyə endirdiyi zərbə nəticəsində yeddi nəfər ölüb, doqquz nəfər yaralanıb.
Dövlət televiziyası IRIB-in məlumatına görə, cümə gecəsi ABŞ-ın hücumları nəticəsində İranın cənubundakı Bəndər Abbas liman şəhərində beş körpü dağılıb.
Nəticədə yeddi nəfər ölüb, doqquz nəfər yaralanıb.
18 iyun gecəsi Tehran və Vaşinqton 28 fevralda başlayan münaqişəyə son qoymaq məqsədi daşıyan memorandum imzaladılar. Lakin 8 iyuldan bəri ABŞ ordusu İrana bir neçə hücum həyata keçirib.
ABŞ Mərkəzi Komandanlığı bunun İranın Hörmüz boğazından keçən ticarət gəmilərinə qarşı hərəkətlərinə cavab olaraq edildiyini iddia edib.




