Azərbaycan Təhsil İşçiləri Azad  Həmkarlar İttifaqının Şəki Rayon Komitəsinin sədri Ziyafət Xasıyeva öz işinin peşəkarı olmaqla yanaşı, öz vəzifəsini layiqincə yerinə yetirir
16-06-2023, 11:34
111

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Şəki Rayon Komitəsinin sədri Ziyafət Xasıyeva öz işinin peşəkarı olmaqla yanaşı, öz vəzifəsini layiqincə yerinə yetirir

Bu gün haqqında söhbət açmaq istədiyimiz növbəti ziyalı insan Azərbaycan Təhsil İşçiləri Azad  Həmkarlar İttifaqının Şəki Rayon Komitəsinin sədri Ziyafət Xasıyevadır.


‌Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Ziyafət xanım da məhz bu xüsusiyyətləri özündə daşıyan ziyalı bir xanımdır. Ona tapşırılan hər bir işin öhdəsindən layiqincə gəlir. 


Ziyafət xanım işinə başladığı ilk gündən vəzifəsini vicdan və ləyaqətlə yerinə yetirmişdir. Işçi kollektivinin, dərin hörmət və rəğbətini qazanmışdır. Işçilərinin rahat olmaları üçün əlindən gələnin artığını etmişdir. Dövlətə və Dövlətçiliyə lazımi qədər xidmət edən işinin peşəkarı bir insandır.


Ziyafət xanımın indiyə kimi atdığı addımlar, tutduğu ləyaqətli mövqeyi hər kəs tərəfindən sevilib, lazımınca qiymətləndirilib və rəğbət hissi ilə də qarşılanıb. O, işinin peşəkarı bir insandır.


Peşəkarlığı və insanlara qayğıkeşliyi ilə seçilən insandır.
Demək olar ki, Respublikanın əlamətdar günlərini, Ulu Öndərimizin Doğum günü, Anım günü daim Ziyafət Xasıyevanın diqqət mərkəzindədir.


O, hər zaman bir rəhbər kimi öz işində pirinsipial, qətiyyətli və dürüst mövqe tutmuşdur.


Bütün iştirak etdiyi  tədbirlərdə dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutur. 
Biz də bu çətin və şərəfli işində Ziyafət xanıma və onun bütün kollektivinə gələcək işlərində uğur və nailiyyətlər arzulayırıq.


2023-cü il “Heydər Əliyev” ili münasibətilə səmimi qəlbdən təbrik edirik.

Oxşar xəbərlər