Lənkəran rayonunun girişində antisanitariya baş alıb gedir. Aidiyyatı qurumlar hara baxır?
16-05-2023, 19:11
169

Lənkəran rayonunun girişində antisanitariya baş alıb gedir. Aidiyyatı qurumlar hara baxır?



Zümrüd rəngli Talış dağlarının ətəyində, nəğməli Xəzərin qızıl qumlu sahillərində əsrarəngiz bir şəhər var. Buranı «Cənub mirvarisi, qızıl Lənkəran» adlandırırlar. Yamyaşıl meşələr, baş-başa vermiş dağlar, mavi Xəzər təbiətin Lənkərana bəxşişidir. Seyrindən doymadığımız Hirkan Milli Parki və Qızılağac qoruğu, buz bulaqlar, İstisu qaynar bulaqları onun inciləridir. Bu dilbər güşə rayonun icra başçısının rəhbərliyi və lənkəranlıların zəhməti ilə daha da abadlaşir, gözəlləşir. Bu gözəllikləri isə ancaq görmək, duymaq, yaşamaq lazımdır.
Çox əfsuslar olsun ki, bu cür gözəllikləri qoruyub saxlayan yoxdur. Gələk əsas məsələyə. Redaksiyamıza daxil olan şikayətdə bildirilir ki, Lənkəran şəhərinin girişində antisanitariya baş alıb gedir. Məsələyə aydınlıq gətirmək üçün Xəbər Portalımızın Təsisçisi Alışanov Qurban müəllim özü şəxsən həmin əraziyə baş çəkdi. 
Və aydın oldu ki, həqiqətəndə şikayət əsaslı imiş. 
Lənkəran rayonunun girişində antisanitariya baş alıb gedir. Ərazi zibil tullantılarına qərq olmuşdur. Ətrafı üfunət qoxusu bürümüşdür. Əraziyə donuzlar buraxılmışdır. Donuzlar zibil tullantıları ilə qidalanırlar. 
Bu cür təbiəti olan Lənkəran şəhəri nə vəziyyətə qalıb. Adam lap dilxor olur. 
Çox maraqlıdı şəhərin əsas gediş gəliş magistral yolu niyə bu vəziyyətdədir? Hara baxır aidiyyatı qurumlar. Görürlər görməzdən gəlirlər bəlkə. Mənzil Komunal İstismar İdarəsinin rəisi Emin müəllim niyə işinə bu qədər laqeyd yanaşır? Öz üzərinə düşən öhdəlikləri niyə idarə edə bilmir. Bəs yaxşı Bələdiyyə hara baxır? 
Məsələ ilə bağlı üzümüzü tuturuq aidiyyatı qurumlara. Yazıb sizə bildirmək istəyirik ki, bu məsələ ciddi nəzarətə götürülsün. Tezliklə bir tədbir görülsün. 



​​​

Təsisçi 
Qurban Alışanov

Oxşar xəbərlər