Sabirabad rayon ərazisində antisanitariya baş alıb gedir
18-05-2023, 13:38
176

Sabirabad rayon ərazisində antisanitariya baş alıb gedir


Sabirabad Kür çayının sağ sahilində yerləşir. Şəhər yaxınlığında Suqovuşan adlanan yerdə Araz çayı Kür çayı ilə birləşir.

Sabirabad rayonu Muğan, Şirvan və qismən Mil düzlərində yerləşir. Sabirabadın ərazisi qədim və orta əsr yaşayış yerləri və qədim abidələri ilə zəngindir.

Gələk əsas məsələmizə. Bir neçə gün əvvəl redaksiyamıza daxil olan şikayətdə bildirilir ki, Sabirabad rayon ərazisində antisanitariya baş alıb gedir. Şikayəti araşdırmaq üçün redaksiyamız Sabirabad rayonuna yollandı. Gördüyümüz mənzərə heç də ürəkaçan olmadı. Bizə ünvanlanan şikayət öz təsdiqini tapdı.

Belə ki, araşdırma zamanı Sabirabad rayon ərazisinin həqiqətən zibilxanaya çevrildiyi ərazilərinin canlı şahidi olduq. Araz çayının kenarını tamamilə zibilxanaya çeviriblər. Nə qədər mal qara məhz bu antisanitariya vəziyyətində zəhərləniblər. Hələ bu azmış kimi kamazlarla nə qədər tullantıları gətirib məhz bu əraziyə boşaldırlar. Ətrafı çirkab, üfunət iyi bürüyür. Ətrafa xəstəlik saçır bu zibillər.
Çoxsaylı sakinlər şikayət etsələr belə, heç bir aidiyyatı qurumlar bu məsələ ilə maraqlanmır. Bir tədbir görmürlər. Çox maraqlıdı bu aidiyyatı qurumlar niye işlərinə bu cür laqeyd yanaşırlar? 

Şəhər Təmizlik Sahəsinin rəisi Rüstəm müəllim ona verilən işləri layiqincə doğrulda bilmir. Doğrulda bilsəydi indi vəziyyət bu cür olmazdı.

Məsələ ilə bağlı üzümüzü tuturuq aidiyyatı qurumlara. Xahiş edirik ki, xəstəlik mənbəyi olan, antisanitariya baş alıb gedən bu ərazi barəsində tezliklə ciddi bir tədbir görülsün. Və həmçinin öz işinə, vəzifəsinə laqeyd yanaşan hər bir insan yerindəcə cəzalandırılsın.

Məsələ ilə bağlı araşdırmamız davam edir, qarşı tərəfin mövqeyini dinləməyə hazırıq. 




Oxşar xəbərlər