Ömrü gəncliyə örnək olan Şəmsi Səmədoğlu! - FOTOLAR
3-05-2023, 10:16
650

Ömrü gəncliyə örnək olan Şəmsi Səmədoğlu! - FOTOLAR


 

Vətəni sevmək insan daxilində kök salmış elə bir xüsusiyyətdir ki, insan orada rahatlıq tapır, uzaq olduğunda darıxır, düşmən soxulduqda müdafiəyə qalxır və qəzəb püskürür. Bu hiss – vətənpərvərlik hissi gözəl əməl, ülvi bir hissdir. İnsan vətənini tərk etməyə nə qədər məcbur olsa belə, yenə də vətən həsrəti, yurd sevgisilə yaşayır. Özünü ona borclu bilir və canından belə keçməyə hazır olur!


 Heç bir qiymətli əsər təsadüfən meydana gəlmir. Hər bir dəyərli əsərin öz ərsəyə gəlmə, həyata vəsiqə qazanma tarixçəsi var. Eləcə də,
tanınmış iş adamı, sahibkar Şəmsi Səmədovun qardaş Türkiyədə yaratdığı “Sultanbəy” şirkəti kimi... 

Bu şirkət mühüm hadisə və prosesləri, həyatın eniş-yoxuşunu, çətinliklərini öz gözləri ilə görmüş bir şəxsin vətənpərvərlik nümunəsidir.

 

İllər öncə Şəmsi Səmədov öz missiyasını yerinə yetirmək üçün yenidən böyük bir layihəyə start verdi. Bu dəfə işini Türkiyədə yürütmək qərarını verməklə yanılmadı. Çünki Azərbaycana olan yurd sevdası onu könüllərin fatehi etdi, tanıyan hər kəsin sevimlisinə çevirdi. 


“Cənab Prezidentin, Ali Baş Komandanın əmri, siyasi iradəsi və dövlətçilik məqsədlərinin izi ilə bu yol gedən Şəmsi Səmədoğluya sadəcə “Əhsən siz, belə OĞUL! Ömrünüz gəncliyə örnəkdir!”- deyirəm!








 




Mənzər Qurbanova

Faktarasdırmatv.az

 























Oxşar xəbərlər