Zəlzələyə görə 340-dan çox insan saxlanıldı
23-02-2023, 09:26
44

Zəlzələyə görə 340-dan çox insan saxlanıldı




Türkiyədə baş verən dağıdıcı zəlzələlərdən sonra 340-dan çox insan müxtəlif ittihamlarla həbs edilib.
 
Bu barədə "TRT Haber" məlumat verib.

Zəlzələdən zərər çəkmiş vilayətlərdə sökülən və ya yenidən inşa edilən binalarla bağlı aparılan araşdırmalar çərçivəsində 160 şübhəli həbs edilib. Oğurluq istintaqı çərçivəsində həbs olunanların sayı isə 181-ə yüksəlib.

Oxşar xəbərlər