
Dünya / Siyasət
Dünən, 14:01
632
ABŞ lazer silahının hazırlanmasına 86 milyon dollar ayırır
ABŞ Müdafiə Nazirliyi raketlər və pilotsuz uçuş aparatlarından müdafiə üçün lazer silahının hazırlanmasına 86 milyon dollar ayırıb.
Pentaqonun məlumatına görə, iki saziş növbəti nəsil qanadlı raketlər və PUA-lara qarşı müdafiə sistemlərinin gücləndirilməsi məqsədilə birgə lazer silahı sisteminin yaradılmasını nəzərdə tutur.
Layihə üzrə ilkin maliyyələşdirmə 86 milyon dollar təşkil edir. Ümumi limit isə 847 milyon dollar müəyyənləşdirilib.



