
Ölkə / Siyasət
Dünən, 13:58
553
Amerikalı mühəndislər Zəngəzur dəhlizinin keçəcəyi ərazini araşdırırlar
Amerikalı mühəndislər Ermənistanda Tramp Marşrutu Layihəsinin (TRIPP) ərazisini araşdırıblar.
Bu barədə ABŞ səfirliyinin mətbuat xidməti məlumat yayıb.
Amerika mühəndislik konsaltinq şirkəti AECOM-un mütəxəssisləri ötən həftə Ermənistana səfər ediblər.
Bəyanatda deyilir: “AECOM komandası və hökumət tərəfdaşları iqtisadi artımı, əlaqəni və regional inteqrasiyanı təşviq edəcək dəmir yolu və digər infrastruktur layihələri üçün TRIPP ərazisini araşdırıblar”.






