Yaxşı adamlar namaz qılmalıdırlarmı?
30-01-2023, 11:42
97

Yaxşı adamlar namaz qılmalıdırlarmı?




Namaz qəti və ümumi göstərişdir. Çirkin işləri tərk edib, yalnız saleh əməllərlə məşğul olan insan da bu vəzifədən azad edilməmişdir. Namaz hökmən qılınmalıdır. Namazın qılınmaması üçün yaxşı əməllər şərt sayılsaydı, çoxları min bir bəhanə ilə bu ilahi, tərbiyəvi göstərişdən boyun qaçırardılar.
Bundan əlavə, Allahın zikrindən ibarət olan bu ibadət heç nə ilə əvəz olunmur. Təcrübədən görünür ki, namaz qılmayan insanlar ən azı təmizlik məsələlərinə əməl etmirlər. İnsan günahdan çəkinməklə kamala çata bilmir. İnsanı kamala çatdıran Allaha ibadətdir. Məhz ibadət insana iman tərbiyəsi verir, onun ruhunu kamala çatdırır. Bütün hallarda bu dini vəzifəni yerinə yetirmək vacibdir

Oxşar xəbərlər