Onu hamı tanıyır – foto+video
23-01-2023, 11:18
510

Onu hamı tanıyır – foto+video



Əziz oxucum!

Birinci Qarabağ müharibəsi döyüşçüsü, Azərbaycanda tanınmış iş adamı Şəmsi Səmədzadə haqqında danışmaq istəyirəm. 

O, uğurlu bir iş adamıdır. Vaxtilə onu bir iş adamı kimi ilk dəfə Ulu Öndər şəxsən qəbul edib, Londona səfərə göndərib.

Ancaq həyat dediyin təzadlı, enişli-yoxuşlu yollardan ibarətdir... İnsan övladı heç bir qəzavü-qədərdən sığortalanmayıb... Əsas odur ki, düşdüyü hər vəziyyətdə çıxış yolunu tapmasını bacara insan... Elə haqqında bəhs etdiyim Şəmsi müəllim kimi... 

Şəmsi Səmədzadə 1966-ci ildə Göyçə mahalında anadan olub.

Müstəqilliyin ilk illərində Azərbaycanda, daha dəqiqliklə, Göygöl rayonunda böyük təsərrüfatı və spirtli içki istehsal edən müəssisəsi olan Şəmsi Səmədzadənin sonradan həbs olunması (ömürlük) onun əzmini, göydə Allah, yerdə İlahi ədalətə malik ölkə başçımıza olan inamını qətiyyən sarsıtmadı... Bəlkə elə buna görədir ki, 23 il həbs həyatından çıxan kimi Şəmsi Səmədov dövlət başçımızın, dövlətimizin dəstəyi sayəsində iş fəaliyyətini layiqli şəkildə yenidən inkişaf etdirir. 

Bu gün o, "Səməd oğlu Atatürk" şirkətinin rəhbəridir. Şirkət Türkiyədə fəaliyyət göstərsə də, dövlətimizə və dövlətçiliyimizə xidmət edir. 

Şirkətin adı təsadüfi seçilməyib. Belə ki, sözügedən qəhrəmanımızın babası da qəhrəman olub. Şəmsi müəllimin qohumlarım arasında şəhidlər var. Doğma əmisi oğlu Etibar Hacıyev Milli Qəhrəmandır. İkinci Qarabağ müharibəsində 4 dəfə döyüşmək üçün müraciət edən Şəmsi Səmədzadə bu gün qalib ökənin vətəndaşı olmaqdan qürur duyur. 

Həyatda yeganə məqsədi kimə kin güdmədən cənab prezidentin istiqamət verdiyi yerdə iş qurub, uğurla davam etdirmək olan Şəmsi Səmədzadəyə gələcək fəaliyyətində uğurlar diləyirik. 

 

Mənzər Qurbanova 


Oxşar xəbərlər