Böyrəklər orqanizmin filtridir. Hər gün böyrəklərdən, demək olar ki, 1700 litr qan keçir. Həmçinin, 1 litrdən çox sidik keçir ki, qidalardan ayrılan, orqanizm tərəfindən mənimsənilməyən toksinlər məhz bu yolla bədəndən xaric olunur.
Bədənimiz elə qurulub ki, daxildəki hər hansı problem haqqında xaricə siqnallar ötürə bilir. Məsələn; böyrək narahatlıqları müxtəlif nahiyələrdəki şişkinliklər vasitəsilə özünü biruzə verir. Əgər səhər yuxudan oyananda nəyinsə düzgün olmadığını düşünürsünüzsə, ekrana yaxın gəlin.
ŞAPKA
Əksər hallarda böyrək problemlərinin əsas “günahkarı” sidik turşusu və onun duzlarıdır. Bu maddələrin orqanizmdə hətta normal miqdarda olması belə, bəzən narahatlıq yaradır. Sidik turşusu və duzları sidik kisəsində daş yaradır, podaqra riskini artırır. Bu kimi xoşagəlməz hallardan qaçmağın ən bəsit yollarından biri düzgün qidalanmaq, digəri isə lazımi miqdarda maye qəbul etməkdir.
Böyrək problemi yaşayan insanların rasiondan çıxarmalı olduğu qidalar:
Duz. Duz suyu çox tələb edir. Bu sözləri, bəlkə, 100 dəfə eşitmişik. Məhz duz şişkinliklərin səbəbidir. Bundan əlavə, həddən artıq içilən su da, eynən, su qıtlığı kimi, arterial təzyiqi yüksəldir. Bu, böyrək problemi yaşayan insanın ürək-damar sisteminin işində də anormallığın meydana gəlmə səbəblərindəndir.
Yağlı/qızardılmış ət. Burda emala məruz qalmış, hisə verilmiş ətləri də unutmaq olmaz; onlar trans yağlarla zəngindir. Böyrək damarlarında spazmlara yol açan bu cür ət məhsulları, birbaşa böyrəkdəki qan dövranını pozur.
Alkoqollu içkilər. Bu zaman böyrək kanallarında distrofiya yaranması riski ilə üz-üzəyik.
Konservlər. Tərkibindəki purin sayəsində konservlər podaqra riskini yüksəldir.
İspanaq. Əsl oksalat mənbəyidir. Sidik turşusunun tərkibində oksalat bol olduğunda sidik yollarında daş əmələ gəlməsinə səbəb olur.
Böyrəklərin təbii şəkildə təmizlənməsi.
Uşaqlıqdan bəri, bizə deyirlər ki, vitamin və minerallarla zəngin meyvə-təvəzdən yaxşı bədən təmizləyən vasitə yoxdur. Bəs, bu siyahıya nələr daxildir?
Gül kələm. Yüksək miqdarda A, B, C, K vitamininə malik olan gül kələm, eyni zamanda, tərkibindəki antioksidantlar sayəsində böyrək kanallarına xəsarət yetirmək imkanı olan zərərli maddələri neytrallaşdırır. Gül kələm yeyildikdə, böyrəklərdə baş tutan filtrizasiya prosesi sürətlənir, sidiklə bərabər daha çox toksin bədəndən atılır. Böyrəkdə və ya sidik kisəsində daş olan zaman gül kələm profilaktik məqsədlə xəstənin rasionuna daxil edilir.
Qaragilə. Böyrək ləyənlərində daş əmələ gəlməsinin qarşısını alan qaragilə böyrək kanallarını xəsarətdən qoruyan antioksidantlarla da zəngindir. Şəkərli diabet riski ilə üz-üzə olan və yüksək təzyiqdən əziyyət çəkən insanlar üçün də qaragilə müalicəvi qidadır.
Yerkökü. Təbii karoten mənbəyidir. A vitamini ilə zəngin olan qidalar siyahısında yerkökü ilə yanaşı, bolqar bibəri, qulançar da var. Bunlar böyrək problemlərinin kəskinləşməsinə imkan vermir.
Balqabaq. E vitamini mənbəyidir. Nənələrimiz əbəs yerə çalışmırdılar ki, rasionumuzda balqabaq sıyığı, balqabaq şirəsi, yaxud sobada bişmiş balqabaq olsun.
İtburnu. Böyük miqdarda C vitamininə malikdir. Ondan hazırlanan məhlul universal faydalılıq dərəcəsi ilə seçilir. Məhlulu hazırlamaq üçün: 2 xörək qaşığı yetişmiş itburnu meyvəsini 1 stəkan suya qatın, 15 dəq qaynadın. Gündə 2 dəfə ilıq halda için.
Alma və gavalı. Hər iki meyvə pektin ilə zəngindir. Pektin həzm sistemindəki toksinləri təmizləyir. Təzə sıxılmış alma şirəsi təkcə böyrəkləri təmizləməklə qalmır, eyni zamanda, öd kisəsinin və qaraciyərin işini normallaşdırır. Bir daha vurğulayıram: məhz təzə sıxılmış alma şirəsi. Mağazalardakı şirələrə istehsalçılar müxtəlif konservantlar qatırlar ki, məhsulun rəf ömrü uzun olsun. Həmçinin, mağazalardakı məhsulun tərkibində şəkər də çoxdur. Bu cür şirələri içmək orqanizmdə turşu-qələvi balansının pozulması ilə nəticələnir. Təzə sıxılmış alma şirəsini ya yemək zamanı, ya da yeməkdən sonra içmək məsləhətdir. Acqarına içilən alma şirəsi mədədə müəyyən narahatlıqlara səbəb ola bilər.
Kəpək. B qrupu vitaminlərinə malik olan kəpək böyrəyin qan dövranını yaxşılaşdırır.
Mərcanı. Bu giləmeyvə yüksək miqdarda vitamin və faydalı maddələrə malikdir. Mərcanı şirəsi sidik sisteminin funksionallığını artırır, daş əmələ gəlməsində böyük rol oynayan oksalatların və duzların orqanizmdən xaric edilməsini sürətləndirir. Bir daha vurğulayıram ki, arzuolunan müsbət nəticəni əldə etmək üçün yalnız təzə sıxılmış şirə içmək lazımdır. Əgər evdə şirə hazırlamaq imkanınız yoxdursa, mağazadan almağa məcbursunuzsa, heç olmasa, qabın üstünü oxuyun. Konservantların və dadlandırıcıların miqdarı nə qədər az olsa, o qədər yaxşıdır.
Oxşar xəbərlər
Son Xəbərlər
-
"Tesla"nın 20 min avtomobili ilə bağlı kritik qərar verildi
-
Zelenski niyə şüşə arxasından çıxış etdi?
-
Kadırovdan çağırış: Ukraynaya yardım edən ölkələri vurmalıyıq!
-
Trampı öldürənə 10 milyon dollar verəcəklər
-
Leyla Əliyeva "Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə" sərgisinin təqdimatında iştirak etdi
-
Müctəba Xameneinin ictimaiyyət qarşısına niyə çıxmadığı açıqlandı
-
Sement, armatur, inflyasiya... - Əmlak bazarında nə baş verir?
-
Hərbçilərimiz Türkiyədə paraşüt təliminə qatıldılar
-
İrəvanda ziyafətdə kütləvi zəhərlənmə - Fransa Milli Gününü qeyd edirdilər
-
Ermənistanın məşhur kürd kəndi xarabaya çevrilir - Hakkoda 10 ailə qaldı
-
Ronaldo dünya çempionatlarında antirekord müəyyənləşdirdi
-
ŞOK ARAŞDIRMA: Xəzər dənizi Albaniya böyüklüyündə ərazini itirib - FOTO
-
Azərbaycanlı reper narkotik təbliğatına görə cərimələndi
-
Şiddətli istilərin coğrafiyası genişlənir: Avropa və digər regionlarda təhlükəli tendensiya
-
Dünyanın ən xoşbəxt insanı: Xoşbəxtliyin sirri bu 2 sözdə gizlidir
-
Rusların azərbaycanlılarla oxşar olan dərdi: Toy neçəyə başa gəlir?
-
Türkiyənin bu iki ölkə ilə yaxınlaşması İsraildə təşviş yaradıb - Nədən qorxurlar?
-
Rusiyaya qarşı yeni sanksiyalar paketi - 61 senator dəstəklədi
-
ABŞ İranda 5 körpünü dağıdıb: Ölənlər var
-
Azad edilmiş ərazilərdə 287 min hektardan çox sahə minalardan təmizlənib
-
Zelenski ABŞ-dan həmin raketlərinin tədarük olunacağını ELAN ETDİ
-
Türkiyə XİN Avropa Parlamentində qəbul olunan qərarı qınadı
-
Almaniyada rekord isti: 5 mindən çox ölən var
-
Ölümdən əvvəl insanlar nə görür? Həkimlərdən maraqlı açıqlama
-
ABŞ lazer silahının hazırlanmasına 86 milyon dollar ayırır
-
Şuşada 4-cü Qlobal Media Forumu keçiriləcək
-
Boşanma olmadan aliment necə almaq olar?
-
Qəzzada sülhməramlıların yerləşdirilməsi təxirə salındı
-
Amerikalı mühəndislər Zəngəzur dəhlizinin keçəcəyi ərazini araşdırırlar
-
Bakı-Ələt yolundan istifadə edən sürücülərə şad xəbər: Yeni körpülər tikilir
Top 5
- Bu Gün
- Bu Həftə
- Bu Ay
-
Sement, armatur, inflyasiya... - Əmlak bazarında nə baş verir?
17:00 -
İrəvanda ziyafətdə kütləvi zəhərlənmə - Fransa Milli Gününü qeyd edirdilər
16:56 -
Hərbçilərimiz Türkiyədə paraşüt təliminə qatıldılar
16:59 -
Ermənistanın məşhur kürd kəndi xarabaya çevrilir - Hakkoda 10 ailə qaldı
16:54 -
Kadırovdan çağırış: Ukraynaya yardım edən ölkələri vurmalıyıq!
17:05

17:05 -
Ermənistanın məşhur kürd kəndi xarabaya çevrilir - Hakkoda 10 ailə qaldı
16:54 -
Şiddətli istilərin coğrafiyası genişlənir: Avropa və digər regionlarda təhlükəli tendensiya
11:36 -
Türkiyənin bu iki ölkə ilə yaxınlaşması İsraildə təşviş yaradıb - Nədən qorxurlar?
11:33 -
İsrail Türkiyənin geosiyasi gücü qarşısında çarəsiz qaldı: Alternativ plan hazırlanır
22:19 -
Leyla Əliyeva "Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə" sərgisinin təqdimatında iştirak etdi
17:02 -
Rusiyaya qarşı yeni sanksiyalar paketi - 61 senator dəstəklədi
11:32