1 günlük alma pəhrizi. Bağırsaqların təmizlənməsi
16-02-2023, 19:03
40

1 günlük alma pəhrizi. Bağırsaqların təmizlənməsi




Müasir insanların əksəriyyəti düzgün qidalanmır, təmiz su içmir, azhərəkətli həyat sürür, tez-tez streslərə məruz qalır və s.
Bu isə, o cümlədən, bağırsaqların funksiyasına çox mənfi təsir edir. Bağırsaqların pis boşalması, orada toksinlərin, şlakların, nəcis daşların yığılması orqanizmin xroniki intoksikasiyasına (zəhərlənmə) səbəb olur. Bu xroniki intoksikasiya isə orqanizmin bir çox orqan və sistemlərində (ürək-damar, sinir sistemi, dəri və s.) pozulmaların inkişafına təkan verir.
Sizə 1 günlük alma pəhrizini təqdim edirik. Bu pəhrizin köməyi ilə siz bağırsaqları yaxşı təmizləyə bilərsiniz. Alma qidalı liflər və pektinlərlə zəngindir ki, bu maddələr bağırsaqlarda yığılan ziyanlı maddələrin çıxmasını sürətləndir. Pəhrizdən ayda 2-3 dəfə istifadə etmək olar. Bu həmçinin bədən çəkisinin azalmasına kömək edəcək.

Oxşar xəbərlər