Son dövrlər nevroloji problemlərlə əlaqədar Kliniki Tibbi Mərkəzə müraciət edən pasiyentlərin sayında artım müşahidə olunur.
Təxminən hər ay 1800-2000 nəfərə yaxın insana Mərkəzin Nevrologiya şöbəsində ambulator xidmət göstərilir. Bu ötən ilin analoji dövrü ilə müqayisədə bir neçə dəfə çoxdur.
Bu barədə KTM-in Nevrologiya şöbəsinin həkim-nevroloqu Gülarə Kazımova məlumat evrib.
Həkim qeyd edib ki, burada əsas faktor icbari tibbi sığortanın insanlar üçün əlçatan olması ilə bağlıdırsa, digər səbəblər müasir dövrdə insanların həyat tərzi ilə əlaqədardır:
“Stress, əsəb, iqlim dəyişikliyi kimi hallar bu xəstəliklərin artmasına təsir edən əsas faktorlardandır. Həmçinin qida rejimi də burada mühüm rol oynayır. “Fastfood” və digər qeyri-sağlam qidaların qəbulu bu xəstəliklərdən əziyyət çəkənlərin sayını artırır. Bununla yanaşı mobil telefon və digər texnoloji cihazlar da nevroloji xəstəliklərdən əziyyət çəkənlərin sayını artırır. Sadalanan faktorlar nəinki xəstəliyin artmasına, eyni zamanda bu xəstəliklərin cavanlaşmasına gətirib çıxarır. Əvvəllər biz adətən 50 yaşdan yuxarı insult xəstələrinə rast gəlirdik. İndi isə hətta 28 yaşında belə kəskin insult xəstəliyindən əziyyət çəkən insanlar bizə müraciət edir”.
Sosial şəbəkələrdən həddən çox istifadə edən şəxslərdə də nevroloji problemlər müşahidə olunur.
Həkim-nevroloq G.Kazımovanın sözlərinə görə, sosial mediadan aldığımız neqativ yüklü informasiyalar insanların sağlamlığına çox ciddi mənfi təsirlər göstərir. Nəticədə nevroloji problemlər özünü büruzə verməyə başlayır. Pasiyentlər əsasən baş və bel ağrılarından şikayət edir:
“Əgər özünüzdə dərmana tabe olmayan baş və bel ağrıları, baş gicəllənmə kimi hallar müşahidə edirsinizsə, dərhal nevroloqa müraciət etməyiniz tövsiyə olunur. Bəzən bu cür ağrılardan əziyyət çəkən insanlar tamamilə başqa sahənin həkimlərinə müraciət edir. Nəticədə xəstələrə düzgün müayinə və müalicə təyin olunmur. Bu isə nevroloji xəstəliklərin daha da inkişaf etməsinə səbəb olur. Ona görə də baş və bel ağrısı olan xəstələrin ilk olaraq, nevroloqlara müraciət etməsi məsləhətdir. Xəstənin vəziyyəti ağırlaşdıqda poliklinika göndərişi əsasında və ya təcili tibbi yardımla stasionar müalicəyə qəbul olunur”.
Məlumat üçün bildirək ki, nevroloji problemlərin kəskinləşməsi səbəbi ilə son üç ayda 365 nəfər stasionar müalicə almaq üçün KTM-in Nevrologiya şöbəsinə müraciət edib. Onlardan 124 pasiyent iyun, 126-sı iyul və 115-i isə avqust ayında bu şöbədə stasionar müalicə alıblar.

Cəmiyyət
30-08-2022, 15:48
325
Sosial şəbəkələr stress qaynağıdır - Xəstə sayında kəskin artım

Oxşar xəbərlər
Son Xəbərlər
-
Son 25 ilin ən bahalı metalının ADI AÇIQLANDI
-
Təhsilə ən çox hansı ölkələr pul xərcləyir? - Təəccübləndirən adlar
-
Ağ Ev "yaşıl işıq" yandırdı - Bu ölkə nüvə silahı əldə edə bilər
-
Venesuelada ölənlərin sayı sürətlə artır
-
İnternet sürətinə görə ölkələrin DÜNYA REYTİNQİ - Azərbaycan neçənci yerdədir?
-
Süni intellekt artıq dünyanı məhv etməyə başlayıb – Yeni ARAŞDIRMA
-
ABŞ-ın itkiləri artır: 16 hərbçi ölüb, 430-dan çoxu yaralanıb
-
Süni intellektlə həyata keçirilən kiberhücumlar artır
-
"Coca-Cola"-nın sirri: Dünyanın ən məşhur içkisi necə narkotik tərkibli "dərman" kimi yaranıb?" - "Space Daily"
-
Növbəti genişmiqyaslı zərbələr dalğası - İranın hərbi infrastrukturu vuruldu
-
"Tesla"nın 20 min avtomobili ilə bağlı kritik qərar verildi
-
Zelenski niyə şüşə arxasından çıxış etdi?
-
Kadırovdan çağırış: Ukraynaya yardım edən ölkələri vurmalıyıq!
-
Trampı öldürənə 10 milyon dollar verəcəklər
-
Leyla Əliyeva "Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə" sərgisinin təqdimatında iştirak etdi
-
Müctəba Xameneinin ictimaiyyət qarşısına niyə çıxmadığı açıqlandı
-
Sement, armatur, inflyasiya... - Əmlak bazarında nə baş verir?
-
Hərbçilərimiz Türkiyədə paraşüt təliminə qatıldılar
-
İrəvanda ziyafətdə kütləvi zəhərlənmə - Fransa Milli Gününü qeyd edirdilər
-
Ermənistanın məşhur kürd kəndi xarabaya çevrilir - Hakkoda 10 ailə qaldı
-
Ronaldo dünya çempionatlarında antirekord müəyyənləşdirdi
-
ŞOK ARAŞDIRMA: Xəzər dənizi Albaniya böyüklüyündə ərazini itirib - FOTO
-
Azərbaycanlı reper narkotik təbliğatına görə cərimələndi
-
Şiddətli istilərin coğrafiyası genişlənir: Avropa və digər regionlarda təhlükəli tendensiya
-
Dünyanın ən xoşbəxt insanı: Xoşbəxtliyin sirri bu 2 sözdə gizlidir
-
Rusların azərbaycanlılarla oxşar olan dərdi: Toy neçəyə başa gəlir?
-
Türkiyənin bu iki ölkə ilə yaxınlaşması İsraildə təşviş yaradıb - Nədən qorxurlar?
-
Rusiyaya qarşı yeni sanksiyalar paketi - 61 senator dəstəklədi
-
ABŞ İranda 5 körpünü dağıdıb: Ölənlər var
-
Azad edilmiş ərazilərdə 287 min hektardan çox sahə minalardan təmizlənib
Top 5
- Bu Gün
- Bu Həftə
- Bu Ay
-
Sement, armatur, inflyasiya... - Əmlak bazarında nə baş verir?
17:00 -
İrəvanda ziyafətdə kütləvi zəhərlənmə - Fransa Milli Gününü qeyd edirdilər
16:56 -
Hərbçilərimiz Türkiyədə paraşüt təliminə qatıldılar
16:59 -
Ermənistanın məşhur kürd kəndi xarabaya çevrilir - Hakkoda 10 ailə qaldı
16:54 -
Kadırovdan çağırış: Ukraynaya yardım edən ölkələri vurmalıyıq!
17:05

17:05 -
Ermənistanın məşhur kürd kəndi xarabaya çevrilir - Hakkoda 10 ailə qaldı
16:54 -
Süni intellekt artıq dünyanı məhv etməyə başlayıb – Yeni ARAŞDIRMA
09:34 -
Şiddətli istilərin coğrafiyası genişlənir: Avropa və digər regionlarda təhlükəli tendensiya
11:36 -
Türkiyənin bu iki ölkə ilə yaxınlaşması İsraildə təşviş yaradıb - Nədən qorxurlar?
11:33 -
İnternet sürətinə görə ölkələrin DÜNYA REYTİNQİ - Azərbaycan neçənci yerdədir?
09:35 -
ABŞ-ın itkiləri artır: 16 hərbçi ölüb, 430-dan çoxu yaralanıb
09:33