Quba şəhəri Yeni Azərbaycan Partiyasının sədri Fidan Hüseynova öz işinin peşəkarı bir insandır
12-03-2024, 15:32
31

Quba şəhəri Yeni Azərbaycan Partiyasının sədri Fidan Hüseynova öz işinin peşəkarı bir insandır




Bu gün haqqında danışmaq istədiyimiz şəxs Quba şəhəri Yeni Azərbaycan Partiyasının sədri Fidan Hüseynovadır.

Fidan xanım hər zaman ünsiyyətdə olduğu, əlaqəli şəkildə işlədiyi kollektivlərin rəhbərləri tərəfindən bir insan kimi yüksək qiymətləndirilib. Çünki o, işini biləndir, həyatda nə qazanıbsa zəhməti, alın təri ilə əldə edib. Öz sahəsinin peşəkarıdır, tapşırılan hər bir iş bir qayda olaraq tez və keyfiyyətlə icra olunur.

Fidan xanım özünə və ətrafındakı insanlara qarşı çox diqqətcil və qayğıkeşdir, nəzakətli, ciddi və mənəvi dəyərlərin daşıyıcısı, saf əqidəli insandır. Bu gün cəsarətlə demək olar ki, o, bacarıqlı, öz işinin peşəkarı insanlardandır. O, bu gün də bir böyük kimi öz çoxsaylı ardıcıllarına yol göstərir.

Fidan xanım bu gün çox nikbindir, Azərbaycanımızın uğurlu sabahına inanır və bunun üçün üzərinə düşən bütün vəzifələri bir vətəndaş kimi vicdanla və məsuliyyətlə yerinə yetirir. 

Bizdə bu çətin və şərəfli işini böyük ləyaqət və vicdan hissi ilə icra etdiyi üçün Fidan xanıma təşəkkür edir, gələcək işlərində uğur və müvəffəqiyyətlər arzu edirik.  Həmçinin redaksiyamız adından baş direktorumuz Qurban müəllim başda olmaqla Fidan xanımı “Ramazan bayramı" münasibəti ilə səmimi qəlbdən təbrik edirik. 




Oxşar xəbərlər