İşinin peşəkarı və saf əqidəli insan FİZULİ MƏMMƏDOV
11-03-2024, 12:00
203

İşinin peşəkarı və saf əqidəli insan FİZULİ MƏMMƏDOV



O, bu gün respublikamızın meşəçilik sahəsində qədərincə tanınıb və respublika miqyasında kifayət qədər ad-san qazana bilib. O, cəmiyyətdə nüfuz qazandığı kimi, rəhbərlik etdiyi kollektivdə də bir rəhbər kimi sevilir. Qeyd etmək lazımdır ki, onun səyi nəticəsində rəhbərlik etdiyi sahədə peşəkar, öz işinin öhdəsindən layiqincə gələn kadr potensialı toplanmışdır.

Çoxillik iş təcrübəsi, aşağıdan yuxarıyacan bütün vəzifə pillələrini ardıcıllıqla keçməsi, işə vicdanlı münasibəti, hər bir işçinin hüquqlarının qorunması və sosial problemlərinin operativ həll olunması, onlara qayğı və diqqətin nümunəvi təşkil olunması və kollektivi eyni məqsəd naminə toplamaq bacarığı onun kollektivdə sevilməsinə və uğurlar qazanmasına zəmin yaratmışdır.

Söhbət ŞƏKİ ŞƏHƏR 7 SAYLI REGİONAL MEŞƏ TƏSƏRRÜFATININ SƏDİRİ FİZULİ MƏMMƏDOV gedir. Fizuli müəllim Qarabağ uğrunda gedən müharibə zamanı həmişə əsgərlərimizin yanında olmuş, onların ailələrinin təminatında yardımçı olmuşdur. 

Fizuli müəllim hər zaman ünsiyyətdə olduğu, əlaqəli şəkildə işlədiyi kollektivlərin rəhbərləri tərəfindən bir insan kimi yüksək qiymətləndirilib. Çünki o, işini biləndir, həyatda nə qazanıbsa zəhməti, alın təri ilə əldə edib. Öz sahəsinin peşəkarıdır, tapşırılan hər bir iş bir qayda olaraq tez və keyfiyyətlə icra olunur.

Onun əməyi hər zaman rəhbərlik və dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. Belə ki, o, ölkənin MEŞƏ TƏSƏRRÜFATI yönümündəki çoxillik səmərəli fəaliyyətinə və qazandığı nailiyyətlərə görə çalışdığı idarələrdə dəfələrlə “Fəxri Fərmanı”larla, pul mükafatları və qiymətli hədiyyələrlə təltif olunmuşdur.

Fizuli müəllim özünə və ətrafındakı insanlara qarşı çox diqqətcil və qayğıkeşdir, nəzakətli, ciddi və mənəvi dəyərlərin daşıyıcısı, saf əqidəli insandır. Bu gün cəsarətlə demək olar ki, o, bacarıqlı rəhbər kimi Azərbaycanın tarixinə adını qızıl hərflərlə yazmış insanlardandır. O, bu gün də bir böyük müəllim kimi öz çoxsaylı ardıcıllarına yol göstərir.

O, bu gün çox nikbindir, Azərbaycanımızın uğurlu sabahına inanır və bunun üçün üzərinə düşən bütün vəzifələri bir rəhbər və vətəndaş kimi vicdanla və məsuliyyətlə yerinə yetirir. 

Sonda Baş direktorumuz Qurban müəllim başda olmaqla, redaksiyamız, həmçinin çoxsaylı oxucularımız adından Fizuli müəllimə  gələcək iş fəaliyyətində yeni uğurlar, möhkəm can sağlığı, uzun və mənalı ömür arzulayırıq. Həmçinin “Ramazan bayramı” münasibəti ilə səmimi qəlbdən təbrik edirik. Bol ruzi bərəkət, sevinc və xoşbəxtlik arzu edirik. 
 

Əminik ki, hələ uzun illər Fizuli müəllim bu vətən, bu xalq üçün böyük işlər görəcək, respublikamızın iqtisadi yüksəlişinə daha böyük töhfələr verəcəkdir.

Oxşar xəbərlər