İşinin peşəkarı və saf əqidəli insan Nizami Çıraqov!
11-03-2024, 09:06
124

İşinin peşəkarı və saf əqidəli insan Nizami Çıraqov!

O, bu gün respublikamızın yol quruculuq sahəsində qədərincə tanınıb və respublika miqyasında kifayət qədər ad-san qazana bilib. O, cəmiyyətdə nüfuz qazandığı kimi, rəhbərlik etdiyi kollektivdə də bir rəhbər kimi sevilir. Qeyd etmək lazımdır ki, onun səyi nəticəsində rəhbərlik etdiyi sahədə peşəkar, öz işinin öhdəsindən layiqincə gələn kadr potensialı toplanmışdır.

Çoxillik iş təcrübəsi, aşağıdan yuxarıyacan bütün vəzifə pillələrini ardıcıllıqla keçməsi, işə vicdanlı münasibəti, hər bir işçinin hüquqlarının qorunması və sosial problemlərinin operativ həll olunması, onlara qayğı və diqqətin nümunəvi təşkil olunması və kollektivi eyni məqsəd naminə toplamaq bacarığı onun kollektivdə sevilməsinə və uğurlar qazanmasına zəmin yaratmışdır.

Söhbət “Azəravtoyol” ASC-nin 2 nömrəli Regional Avtomobil Yollarının Yaşıllaşması və Ekologiya MMC-nin direktoru Nizami Çıraqovdan gedir. Nizami müəllim Qarabağ uğrunda gedən müharibə zamanı həmişə əsgərlərimizin yanında olmuş, onların ailələrinin təminatında yardımçı olmuşdur. 

Nizami müəllim hər zaman ünsiyyətdə olduğu, əlaqəli şəkildə işlədiyi kollektivlərin rəhbərləri tərəfindən bir insan kimi yüksək qiymətləndirilib. Çünki o, işini biləndir, həyatda nə qazanıbsa zəhməti, alın təri ilə əldə edib. Öz sahəsinin peşəkarıdır, tapşırılan hər bir iş bir qayda olaraq tez və keyfiyyətlə icra olunur.

Onun əməyi hər zaman rəhbərlik və dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. Belə ki, o, ölkənin yol tikinti quruculuq yönümündəki çoxillik səmərəli fəaliyyətinə və qazandığı nailiyyətlərə görə çalışdığı idarələrdə dəfələrlə “Fəxri Fərmanı”larla, pul mükafatları və qiymətli hədiyyələrlə təltif olunmuşdur.

Nizami müəllim özünə və ətrafındakı insanlara qarşı çox diqqətcil və qayğıkeşdir, nəzakətli, ciddi və mənəvi dəyərlərin daşıyıcısı, saf əqidəli insandır. Bu gün cəsarətlə demək olar ki, o, bacarıqlı rəhbər kimi Azərbaycanın yol tikinti sahəsi tarixinə adını qızıl hərflərlə yazmış insanlardandır. O, bu gün də bir böyük müəllim kimi öz çoxsaylı ardıcıllarına yol göstərir.

O, bu gün çox nikbindir, Azərbaycanımızın uğurlu sabahına inanır və bunun üçün üzərinə düşən bütün vəzifələri bir rəhbər və vətəndaş kimi vicdanla və məsuliyyətlə yerinə yetirir. 

Bu gün ölkəmiz yenidən qurulur, respublikamızın hər guşəsində nəhəng tikinti-quruculuq işləri aparılır. Cənab Prezidentimiz, möhtərəm İlham Əliyevin rəhbərliyi altında paytaxtımızda və bölgələrimizdə möhtəşəm tikinti-quruculuq işləri yerinə yetirilir. Gözlərimizin qarşısında yeni bir möhtəşəm Azərbaycan yaranır və inkişaf edir. Və… bu gün müstəqil Azərbaycanımızı tikib ucaldan insanlar, kollektivlər arasında Nizami Çıraqov və onun kollektivi də var. 

Sonda Baş direktorumuz Qurban müəllim başda olmaqla, redaksiyamız, həmçinin çoxsaylı oxucularımız adından Nizami müəllimi "Ramazan bayramı" münasibəti ilə səmimi qəlbdən təbrik edir, ona gələcək iş fəaliyyətində yeni uğurlar, möhkəm can sağlığı, uzun və mənalı ömür arzulayırıq.
 

Əminik ki, hələ uzun illər Nizami müəllim bu vətən, bu xalq üçün böyük işlər görəcək, respublikamızın iqtisadi yüksəlişinə daha böyük töhfələr verəcəkdir.






Oxşar xəbərlər