İşinin peşəkarı və saf əqidəli insan  BALAKƏN SUVARMA SİSTEMLƏRİ İDARƏSİNİN RƏİSİ RUSLAN RİZVAN OĞLU POLADOV!
16-01-2024, 13:14
95

İşinin peşəkarı və saf əqidəli insan BALAKƏN SUVARMA SİSTEMLƏRİ İDARƏSİNİN RƏİSİ RUSLAN RİZVAN OĞLU POLADOV!


Çoxillik iş təcrübəsi, aşağıdan yuxarıyacan bütün vəzifə pillələrini ardıcıllıqla keçməsi, işə vicdanlı münasibəti, hər bir işçinin hüquqlarının qorunması və sosial problemlərinin operativ həll olunması, onlara qayğı və diqqətin nümunəvi təşkil olunması və kollektivi eyni məqsəd naminə toplamaq bacarığı onun kollektivdə sevilməsinə və uğurlar qazanmasına zəmin yaratmışdır.

Söhbət BALAKƏN SUVARMA SİSTEMLƏRİ İDARƏSİNİN RƏİSİ RUSLAN RİZVAN OĞLU POLADOVDUR. Ruslan müəllim hər zaman ünsiyyətdə olduğu, əlaqəli şəkildə işlədiyi kollektivlərin rəhbərləri tərəfindən bir insan kimi yüksək qiymətləndirilib. Çünki o, işini biləndir, həyatda nə qazanıbsa zəhməti, alın təri ilə əldə edib. Öz sahəsinin peşəkarıdır, tapşırılan hər bir iş bir qayda olaraq tez və keyfiyyətlə icra olunur.

Onun əməyi hər zaman rəhbərlik və dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. Belə ki, o, çoxillik səmərəli fəaliyyətinə və qazandığı nailiyyətlərə görə çalışdığı idarələrdə dəfələrlə “Fəxri Fərmanı”larla, pul mükafatları və qiymətli hədiyyələrlə təltif olunmuşdur.

Ruslan müəllim özünə və ətrafındakı insanlara qarşı çox diqqətcil və qayğıkeşdir, nəzakətli, ciddi və mənəvi dəyərlərin daşıyıcısı, saf əqidəli insandır. Bu gün cəsarətlə demək olar ki, o, bacarıqlı rəhbər kimi adını qızıl hərflərlə yazmış insanlardandır. O, bu gün də bir böyük müəllim kimi öz çoxsaylı ardıcıllarına yol göstərir. O, bu gün çox nikbindir, Azərbaycanımızın uğurlu sabahına inanır və bunun üçün üzərinə düşən bütün vəzifələri bir rəhbər və vətəndaş kimi vicdanla və məsuliyyətlə yerinə yetirir. 

Sonda Baş direktorumuz Qurban müəllim başda olmaqla, redaksiyamız, həmçinin çoxsaylı oxucularımız adından Ruslan müəllimə gələcək iş fəaliyyətində yeni uğurlar, möhkəm can sağlığı, uzun və mənalı ömür arzulayırıq.
 

Əminik ki, hələ uzun illər Ruslan müəllim bu vətən, bu xalq üçün böyük işlər görəcək, respublikamızın iqtisadi yüksəlişinə daha böyük töhfələr verəcəkdir.

Oxşar xəbərlər