İşinin peşəkarı Nəsib Səhratov!
11-03-2024, 15:57
46

İşinin peşəkarı Nəsib Səhratov!

O, bu gün respublikamızın səhiyyə sahəsində qədərincə tanınıb və respublika miqyasında kifayət qədər ad-san qazana bilib. O, cəmiyyətdə nüfuz qazandığı kimi, işlədiyi kollektivdə də bir şəxsiyyət kimi sevilir. Qeyd etmək lazımdır ki, onun səyi nəticəsində işlədiyi sahədə peşəkar, öz işinin öhdəsindən layiqincə gələn kadr potensialı toplanmışdır.

Söhbət Şirvan Diaqnostika Mərkəzinin keçmiş baş həkimi Nəsib Səhratovdan gedir. Nəsib müəllim Qarabağ uğrunda gedən müharibə zamanı həmişə əsgərlərimizin yanında olmuş, onların ailələrinin yardımçı olmuşdur. Koronavirus xəstəliyinin tüğyan etdiyi bir vaxtda Nəsib müəllim öz işinin öhtəsindən layiqincə gəlmişdir. 

Nəsib müəllim hər zaman ünsiyyətdə olduğu, əlaqəli şəkildə işlədiyi kollektivlərin rəhbərləri tərəfindən bir insan kimi yüksək qiymətləndirilib. Çünki o, işini biləndir, həyatda nə qazanıbsa zəhməti, alın təri ilə əldə edib. Öz sahəsinin peşəkarıdır, tapşırılan hər bir iş bir qayda olaraq tez və keyfiyyətlə icra olunur.

Nəsib müəllim özünə və ətrafındakı insanlara qarşı çox diqqətcil və qayğıkeşdir, nəzakətli, ciddi və mənəvi dəyərlərin daşıyıcısı, saf əqidəli insandır. Bu gün cəsarətlə demək olar ki, o, bacarıqlı rəhbər kimi Azərbaycanın Səhiyyə sahəsi tarixinə adını qızıl hərflərlə yazmış insanlardandır. O, bu gün də bir böyük cərrah kimi öz çoxsaylı ardıcıllarına yol göstərir.

O, bu gün çox nikbindir, Azərbaycanımızın uğurlu sabahına inanır və bunun üçün üzərinə düşən bütün vəzifələri bir vətəndaş kimi vicdanla və məsuliyyətlə yerinə yetirir. 

Bizdə bu çətin və şərəfli işini böyük ləyaqət və vicdan hissi ilə icra etdiyi üçün Nəsib müəllimə  təşəkkür edir, gələcək işlərində uğur və müvəffəqiyyətlər arzu edirik.  Həmçinin redaksiyamız adından baş direktorumuz Qurban müəllim başda olmaqla Nəsib müəllimi “Ramazan bayramı" münasibəti ilə səmimi qəlbdən təbrik edirik. 

Oxşar xəbərlər