Balakən rayon 15 saylı Yol İstismar İdarəsinin rəisi Nizami müəllim peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır
16-01-2024, 13:21
36

Balakən rayon 15 saylı Yol İstismar İdarəsinin rəisi Nizami müəllim peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır



Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Fəaliyyətlərindən yazacağım insanların günü-güzəranı yaxınlarda, uzaqlarda olanları bir-birinə qovuşduran, nəqliyyatın hər gün hərəkətdə olduğu yollardan keçir. Onların qüvvəsi, iştirakı, bilavasitə icraçılığı ilə yeni yollar salınır, köhnələri əsaslı və cari təmir olunur. Belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Balakən rayon 15 saylı Yol İstismar İdarəsinin rəisi Nizami Sarıyevdir.

Balakən rayon 15 saylı Yol İstismar İdarəsinin rəisi Nizami müəllim peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır. Şərəfli vəzifəyə yiyələnən Nizami müəllim bu işin müqəddəsliyini qoruyub saxlayır. Nizami müəllim kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Nizami müəllim Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Respublika ərazisində kəndlərarası və qəsəbələrarası avtomobil yolların yenidən qurulması və tikintisi layihələrinin davam etdirilməsi ilə bağlı Prezident İlham Əliyevin tapşırıq və sərəncamlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən mühüm yol infrastrukturu layihələri icra olunur.

Nizami Sarıyev hər zaman dövlətə - dövlətçiliyə , xalqa -millətə , Ulu Öndərin ideyalarına və onun siyasi kursuna sədaqətlə xidmət etmişdir.Şükürlər olsun ki , bu tendensiya bu gündə davam edir. Nizami Sarıyevin həyat səlnaməsinə nəzər salanda görürük ki, o hər zaman işinin öhdəsindən layiqincə gəlmiş, həm rəhbərliyin və həmdə rəhbərlik etdiyi kollektivin rəğbətini qazanmışdır. O, hərzaman bir rəhbər kimi öz işində pirinsipial qətiyyətli və dürüst mövqe tutmuşdur. Bizdə təcrübəli bir KİV rəhbəri kimi belə sadə insanlarımızla qürur duymuşuq, fəxr etmişik.

Bizdə bu çətin və şərəfli işində Nizami Sarıyevə və bütün kollektivinə gələcək işlərində uğurlar arzulayırıq.


Oxşar xəbərlər