Şəmkir rayon ŞƏMKİRÇAY SU ANBARI VƏ MAGİSTRAL KANALLARIN İSTİSMARI İDARƏSİNİN RƏİSİ VAQİF LƏTİF OĞLU MƏMMƏDOV ekologiyanın qorxulu kabusuna çevrilib
20-12-2023, 10:19
96

Şəmkir rayon ŞƏMKİRÇAY SU ANBARI VƏ MAGİSTRAL KANALLARIN İSTİSMARI İDARƏSİNİN RƏİSİ VAQİF LƏTİF OĞLU MƏMMƏDOV ekologiyanın qorxulu kabusuna çevrilib

Redaksiyamıza daxil olan şikayətdə bildirilir ki, Şəmkir rayon ŞƏMKİRÇAY SU ANBARI VƏ MAGİSTRAL KANALLARIN İSTİSMARI İDARƏSİNİN RƏİSİ VAQİF LƏTİF OĞLU MƏMMƏDOV ekologiyanın qorxulu kabusuna çevrilib. Vaqif Məmmədov bu gün bütün var gücü ilə ekologiyanin məhvi üçün əlindən gələni əsirgəmir.

Məsələyə aydınlıq gətirmək üçün redaksiyamız, baş direktorumuz Qurban müəllim özü bir başa sözü gedən ünvana yollanmışdır. Araşdırma zamanı məlum oldu ki, şikayət həqiqətən əsaslı imiş.

Belə ki, Şəmkir rayon Kür qəsəbəsi Vaqif müəllim sayəsində günü-gündən geri gedir. Vaqif müəllim sözügedən ərazidə yalnız qanunsuz yolla fəaliyyət göstərərək öz cibini doldurmaqla məşğuldur. Əraziyə baxdıqda hər yerdə qazıntı işinin aparıldığını görürük. İri çaplı maşınlar öz fəaliyyəti ilə diqqət çəkirlər.

Vaqif müəllim sözügedən ərazidə qanunsuz yolla, heç bir standartlara cavab vermədən daş, qum, çınqıl karxanası işlədir. Bu karxanada yanğın təhlükəsizliyi qaydalarına riayət edilmir. Ərazi həmçinin ilkin yanğınsöndürmə vasitələri və səs-siqnalizasiya qurğuları ilə təmin edilməyib.

Vaqif müəllim kimə və nəyə arxayın olaraq qorxmadan çəkinmədən ekologiyanı məhv edir? Aidiyyatı qurumlar bu qanunsuzluğu heçmi görmürlər? Yoxsa görürlər özləri görməzdən gəlirlər. Ekologiyanın qorunması üçün daima islahatlar keçirən bir ölkədə bu cür qanunsuzluq etmək çox böyük bir məsələdir.

Məsələ ilə bağlı üzümüzü tuturuq aidiyyatı qurumlara. Vaqif müəllim və onun etdiyi bu qanunsuz hərəkət araşdırılmalı və ciddi tədbirlər görülməlidir.

Məsələ ilə bağlı araşdırmamız davam edir, qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.

Oxşar xəbərlər