
Oğuz rayonunda Rəşad adlı şəxsin işlətdiyi taxta sexində nasaz elektrik naqillərindən istifadə edilir, yanğın təhlükəsizliyinə əməl edilmir
Redaksiyamıza daxil olan şikayətdə bildirilir ki, Oğuz rayonunda qanunsuz fəaliyyət göstərən taxta sexi aşkar edilmişdir. Məsələyə aydınlıq gətirmək üçün redaksiyamız özü birbaşa sözügedən ünvana yollanmışdır. Araşdırma nəticəsində məlum oldu ki, şikayət həqiqətən əsaslı imiş. Taxta sexini Rəşad adlı şəxs işlədir. Çəkdiyimiz video materialdanda aydın olur ki, Rəşad adlı şəxs ekologiyanı məhv edir, demək olar ki, ağaclara qarşı soyqırım törədir.
Həmçinin qanunsuz yolla işlətdiyi bu sexdə nasaz elektrik naqillərindən istifadə edilir, yanğın təhlükəsizliyinə əməl edilmir. Sex ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməyib.
Insan nə qədər qəddar ola bilərki təmiz havanı bizə bəxş edən ağacları bu günə qoya. Rəşad adlı şəxs kimə arxayın olub bu əməli rahatlıqla yerinə yetirir görəsən. Bəlkədə onada bu tapşırıq başqaları tərəfindən verilmişdir.
Məsələ ilə bağlı üzümüzü tuturuq aidiyyatı qurumlara. Yazıb sizdən xahiş edirik. Bu cür qanunsuz fəaliyyət göstərən Taxta sexləri və bu sexlərin fəaliyyəti üçün ağaclara zərər verən, onları kəsən, qıran bir sözlə ekologiyamızı məhv etmək üçün əlindən gələni əsirgəməyən Rəşad kimi insanlar barəsində araşdırma aparıb, tezliklə ciddi bir tədbir görsünlər.
Bu cür icazəsiz, heç bir səbəb və məqsədi olmadan, yalnız öz ciblərini fikirləşərək, ağaclara ziyan verən insanlar zamanında və yerində layiqincə cəzalandırılmalıdırlar.
Araşdırmamız davam edir, qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.