
Ölkə / Cəmiyyət
1-09-2023, 21:09
66
Şəmkir rayonu 14 saylı Meşə idarəsində yanğın təhlükəsizliyinə əməl edilmir

Redaksiyamıza daxil olan şikayətdə bildirilir ki, Şəmkir rayonu 14 saylı Meşə idarəsində təhlükəsizlik sahəsində qanunvericiliyin tələbləri ciddi şəkildə pozulur. Məsələyə aydınlıq gətirmək üçün redaksiyamız özü bir başa sözügedən ünvana yollanmışdır. Araşdırma nəticəsində məlum oldu ki, şikayət həqiqətən əsaslı imiş. Belə ki, adı hallanan idarədə ciddi qanunsuzluqlar aşkar edilmişdir.
Daha aydın desək Şəmkir rayonu 14 saylı Meşə idarəsində insanların təhlükəsizliyini düşünən yoxdu, yanğın təhlükəsizliyinə əməl edilmir. İşçilərin həyatı ciddi təhlükədədir. Rəhbərlik bu işə qarşı bir tədbir görmür.
Yanğın hadisələrinin baş verməməsi üçün respublikamızda yanğın təhlükəsizliyi ilə bağlı davamlı olaraq maarifləndirici tədbirlər bütün bölgələrdə keçirilməlidir. Xüsusilə yay fəslində taxıl sahələri və yüksək dağlıq ərazilərdə, o cümlədən meşə və meşə zolaqlarında yanğınların baş verməsini nəzərə alaraq Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti daha məsuliyyətli fəaliyyət göstərməlidirlər.
Meşə zolaqlarında yanğın zamanı təhlükəsizliyə riayət olunmur. Həmçinin şumlanmasında belə ciddi şəkildə yanğın təhlükəsizliyinə əhəmiyyət verilmir. Əkin yerlərində mal qara otlayır. Meşələrdə yanğın təhlükəsizliyinin təşkil olunmasında məsuliyyət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin üzərinə düşür. Həmçinin yerlərdə bu qaydalara əməl olunmamasına görə məsuliyyət Meşə Mühafizəsi və Bərpası müəssisələrinin, dövlət qoruqlarının və yasaqlıqlarının direktorlarının və mühəndislərinin üzərinə düşür. Demək ki, aidiyyatı qurumlar məsələyə ciddi yanaşmırlar, məsuliyyətsizlik edirlər.
Məsələ ilə bağlı üzümüzü tuturuq aidiyyatı qurumlara. Yazıb xahiş edirik ki, aşkar edilmiş nöqsanlarla bağlı Şəmkir rayonu 14 saylı Meşə idarəsi barəsində araşdırılma aparılsın və lazimı tədbirlər görülsün.
Məsələ ilə bağlı araşdırmamız davam edir, qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.