Ruslan Cahangirov öz işinin peşəkarı və vurğunu bir insandır
25-09-2023, 08:53
21

Ruslan Cahangirov öz işinin peşəkarı və vurğunu bir insandır


Balıqçılıq bəşəriyyətin ən sevimli kütləvi məşğuliyyət növlərindən biridir. Həyatında heç olmasa, bir kərə əlinə tilov götürüb gölə gedən, təbiətlə bənzərsiz ünsiyyət sevincindən, onun saflığından zövq alan və ilk dəfə balıq tutan adam aldığı təəssüratı heç zaman unuda bilməz.

Balıq ovu o qədər maraqlı bir prosesdir ki, çox vaxt həvəskarları bu işin əsl xiridarına çevirir. Axı, yalnız sözün həqiqi mənasında balıq ovuna aludə olan insanlar balığı tilova gətirmək üçün saatlarla yağışın altında islana-islana, şaxtada dona-dona gözdən-könüldən uzaq olan yerlərə çəkilə bilərlər.

Azərbaycanda balıqçılıq inkişaf etməkdə olan bir sektordur. Son illərdə kənd yerlərində yaşayan fermerlər balıqçılıq təsərrüfatlarının qurulması və genişləndirilməsi üçün əllərindən gələni əsirgəmirlər.



Bu gün haqqında danışmaq istədiyimiz Ruslan Cahangirov da Şəmkir rayonunda balıqçılıq sahəsində fəaliyyət göstərir. Ruslan müəllim öz işini sevən bir insandır. Daha aydın desək işindən zövq alan bir insandır.

O, insanlara hər zaman əl tutmağı, kömək etməyi özünə birc bilir. Kömək  etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Onu tanıyan, ona bağlı olan hər kəs onu da bilir ki, qəlbində Vətəninə məhəbbət hissi, xalqına bağlılıq duyğusu gəzdirən, hər kəsin problemini özünün şəxsi problemi hesab edən bu şəxs, bu gün də həyata keçirdiyi idarəçiliyi ilə fərqlənən bir insandır. 

Bizdə redaksiyamız adından Ruslan müəllimə tutduğu bu yolda uğur və nailiyyətlər, həmçinin Allahdan uzun və sağlam can arzu edirik.

Oxşar xəbərlər