Murtuzəliyev Mehman bütün insani keyfiyyətləri özündə cəmləşdirən, öz işinin vurğunu bir insandır
20-07-2023, 16:53
339

Murtuzəliyev Mehman bütün insani keyfiyyətləri özündə cəmləşdirən, öz işinin vurğunu bir insandır

Bu gün haqqında söhbət açmaq istədiyimiz növbəti şəxs Murtuzəliyev Mehmandır.

Mehman müəllim Balakən rayon sakinidir, maşınlar üzrə çilingərdir. Öz işinin peşəkarı bir insandır. Halal pulunu qazanmaq üçün əlindən gələni edir.  Çünki işinin vurğunu bir insandır. 

O, demək olar ki, bütün insani keyfiyyətlərin hamısını özündə birləşdirən bir şəxsdir. Yarım etməyi sevir. Kömək edib, əl tutduğu insanların sayı hesabı yoxdur. Kənd sakinlərinin böyük sevgi və rəğbətini qazanmış bir insandır.

Əlindən gəldiyi qədər hər kəsə kömək etməyi, problemlərinin həllinə çıxış yolu axtarmağa çalışır.
Dövlət və dövlətçiliyimizə lazımi qədər dəstək olur. Adı çəkilən hər yerdə hamı onun əl qabiliyyətindən, özünün yüksək insani keyfiyyətlərə malik olmasından danışır. Hələ elə bir adam olmadı ki, Mehman müəllim haqqında pis nəsə fikir səsləndirsin. 

Bizdə öz növbəmizdə redaksiyamız adından Mehman müəllimə tutduğu bu yolda uğur və müvəffəqiyyətlər arzu edir, uzun ömür can sağlığı diləyirik. Bu cür insanlar hər daim var olmalıdırlar. Çünki ölkəmizin, insanlarımızın bu cür şəxslərə, şəxsiyyətlərə böyük ehtiyacı var! 

Oxşar xəbərlər