Qax rayonunda yaşayan Emin həkim öz işinin peşəkarı bir insandır
8-08-2023, 17:35
45

Qax rayonunda yaşayan Emin həkim öz işinin peşəkarı bir insandır

Hər kəs harada çalışmağından asılı olmayaraq, ilk növbədə peşəsinin vurğunu olmalı, ona qırılmaz tellərlə bağlanmalıdır. Dahi Nizami demişkən:


Kamil bir palançı olsa da insan,

Yaxşıdır yarımçıq papaqçılıqdan.


Hazırda Azərbaycanda ən azad şəkildə fəaliyyət göstərən sahələrdən biri, sözsüz ki, stomatologiyadır. 


Haqqında söz açmaq istədiyimiz Qax rayonunda yaşayan Emin həkim məhz belə insanlardandır. İstedadlı stomatoloq öz işinin öhdəsindən layiqincə gəlir. O, rayon sakinlərinin müalicəsi üçün əlindən gələni əsirgəmir. 


İllər boyu qazandığı təcrübə, oxuyub-öyrəndiyi bilik və bacarığını artırdıqca, ona həvalə edilən işlər dəyişdikcə, daha da yüksəldikcə  üzərinə düşən məsuliyyətin böyüklüyünü dərindən hiss edib. Emin həkim fəaliyyətinə başladığı ilk illərdən artıq tanınmağa, pasiyentlərin böyük sevgi və rəğbətini qazanmağa başlamışdır.  


Ümumiyyətlə həkim gərək elə hərəkət etsin ki, qarşısındakı xəstə ona, probleminin həll olacağına inansın, ümid etsin. Emil həkim bütün bu xüsusiyyətlərin hər birini özündə cəmləşdirən, işinin peşəkarı bir insandır. 


Deyirlər ki, insanın harası ağrıyırsa, canı ordadır. Dişlərin sağlamlığının isə insanın rahat yaşamasına təsiri çox böyükdür. 


Emin həkim hər zaman öz üzərində çalışan, araşdıran, daima oxuyub öyrənən bir insandır. Uğurlarına arxayın olmur, əksinə daha da irəli getmək üçün əlindən gələni əsirgəmir.


Gərgin zəhmətinin, çəkdiyi əziyyətlərin bəhrəsiz qalmaması haqqlı olaraq onu qürurlandırır. Emin həkim həm də dövlət və dövlətçiliyimizə lazımi qədər xidmət edən bir insandır.


Bizdə öz növbəmizdə Redaksiyamız adından Emin həkimə tutduğu bu yolda uğur və müvəffəqiyyətlər arzu edir, Allahdan uzun və sağlam ömür diləyirik.


Hər daim var olasınız Əziz Emin Həkim!


Oxşar xəbərlər