Məhərrəm müəllimə Xeyriyyəçilik fəaliyyəti üçün təşəkkür edirik
13-03-2024, 13:14
70

Məhərrəm müəllimə Xeyriyyəçilik fəaliyyəti üçün təşəkkür edirik


Bu gün haqqında söz açacağımız daha bir ziyalı insan Musayev Məhərrəm Musa oğludur. O, 1966-cı ildə Şəmkir rayon Qapanlı kəndində anadan olmuşdur. Artıq 25 ildən artıqdır ki, Məhərrəm müəllim sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Bu sahədə 10 nəfərdən artıq işçisi var. Həmçinin Kənd Təsərrüfatının müxtəlif sahələri ilə məşğuldur. 

Pandemiya dövründə kənd və rayon sakinlərindən öz yardımını əsirgəməyən biridir. 44 günlük Vətən Müharibəsində ordumuza maddi və mənəvi hər cür dəstək göstərmişdir. Şəhid və qazi ailələrini hər daim diqqət mərkəzində saxlayır, problemlərini həll edir.

Məhərrəm müəllim peşəkarlığı və insanlara göstərdiyi qayğıkeşliyi, hörməti ilə seçilən insandır.
Bu işə yiyələndiyi gündən Məhərrəm müəllim bu işin müqəddəsliyini qoruyub saxlayır, işini şərəflə, layiqincə, ləyaqətlə yerinə yetirir. Məhərrəm müəllimin əl tutduğu, kömək etdiyi hər kəsin böyük hörmət və rəğbətini qazanan uca insanlardandır.
O, öz işgüzarlığı, işində qazandığı uğur və nailiyyətləri ilə tanınır.
Məhərrəm müəllim düzgün qərar qəbul edən nadir insanlardan biridir. Onu verdiyi qərardan heç kim və heçnə döndərə bilməz.

O, sakinlərə böyük  diqqət və hörmətlə yanaşır, onların problemlərini əlindən gəldiyi qədər həll edərək, onların dövlətimizə inamını artırır!
Bütün iştirak etdiyi  tədbirlərdə dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutur.

Lakin bu gün bəzi şər qüvvələr Məhərrəm müəllimin işinə xələl gətirmək, onun adını ləkələmək istəyirlər. 

Şəmkir rayon Qapanlı kənd sakini Əbülfəz adlı şəxs Məhərrəm müəllimin işini baltalamaqla məşğuldur. Bütün kənd və rayon sakinləri Əbülfəzin əlindən cana yığılıblar. Bu insan Orduda iştirak etmədən qohumu Qasımov Nadir Bayram oğlunun hesabına özünə saxta hərbi bilet belə almışdır. Və daha nə qədər qanunsuz əməllərini sadalamaq olar.

Xeyriyyəçilik təkcə imkan məsələsi deyil! Bu missiyadır, xarakterdir, hətta bir çox hallarda genetik ənənədir. Əlbəttə, gerçək xeyriyyəçilər hansısa işi onlara əl çalınması, reklam edilməsi üçün görmürlər. Məhərrəm müəllimdə məhz bu cür insanlardandır. Etdiyi xeyriyyəçilik əməllərinin dilə gəlməsini istəmir. Nə deyə bilərik. “Balıq bilməsə də Xaliq bilir”…

Amma ortada bir reallıq da var ki, Xeyriyyəçiləri xalq tanımalıdır, onlar örnək göstərilməli və digərləri də bundan nümunə götürməlidir. Həmçinin, onların adı tarixə yazılmalıdır, sabahkı nəsil də təcrübələri əsas götürməlidir. Əgər belə olarsa, vətəndaşlarımız da bu günümüz, sabahımız üçün pessimist olmaz və bilərlər ki, cəmiyyətimiz xeyirxah insanlar yetişdirməkdə davam edər...

Çətin və şərəfli işini böyük ləyaqət və vicdan hissi ilə icra etdiyi üçün Məhərrəm müəllimə təşəkkür edir, gələcək işlərində uğur və müvəffəqiyyətlər arzu edirik.  

Həmçinin redaksiyamız adından baş direktorumuz Qurban müəllim başda olmaqla Məhərrəm müəllimi “Ramazan bayramı" münasibəti ilə səmimi qəlbdən təbrik edirik.


Oxşar xəbərlər