Güzəştli mənzil almaq istəyənlərə VACİB XƏBƏR
8-07-2022, 19:12
108

Güzəştli mənzil almaq istəyənlərə VACİB XƏBƏR

"Güzəştli mənzillərin növbəti satışı Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsini əhatə edəcək". 
 
Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin və Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) birgə keçirdiyi brifinqdə Agentliyin Beynəlxalq əlaqələr və strateji planlaşdırma şöbəsinin müdiri Fərman Qurbanlı  deyib.
 
Agentlik rəsmisi qeyd edib ki, növbəti satışdan sonra Bakının Hövsan qəsəbəsində tikilən kompleksin ikinci mərhələsi ilə bağlı addım atıla bilər:
 
"Hövsan kompleksinin tikintisi davam edir. Həmçinin, Gəncə şəhərində tikilən binanın ikinci mərhələsi davam etdirilir. Bundan əlavə, Lənkəran və Sumqayıt şəhərlərində yaşayış komplekslərinin tikintisi davam edir".

Oxşar xəbərlər