Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak üçün qeydiyyat yekunlaşır
7-05-2021, 11:32
61

Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak üçün qeydiyyat yekunlaşır

Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak üçün qeydiyyat yekunlaşır CəmiyyətOxunub: 44706 May 2021 | 15:15 Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak üçün qeydiyyat yekunlaşır Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat davam edir.İmtahanda iştirak etmək üçün ərizələrin qəbulu aprelin 30-dan başlayıb və8may saat 23:59-dəkdavam edəcək. Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə,6 may saat 14:15-ə olan məlumata əsasən7352bakalavr ərizəsini təsdiq edib. (Azərbaycan bölməsi -6777; rus bölməsi -575) 2021-ci ilin fevral ayında keçirilmiş qəbul imtahanında iştirak etmək üçün sənəd verən bakalavrlarimtahanın ikinci cəhdində iştirak etmək istədikləri təqdirdə “Şəxsi kabinet”lərinin hesabına imtahanda iştirak haqqını əlavə edib Mərkəzin internet saytının müvafiq səhifəsinə (//eservices.dim.gov.az/erizemag/erize2) daxil olmaqla qeydiyyatdan keçirlər. İlk imtahanda iştirak etmək üçün qeydiyyatdan keçməyən bakalavrlar dabu imtahana yazıla bilərlər. Həmin şəxslər Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra (şəxsi kabineti olmayanlar) ərizə vermək üçün tələb olunan məbləği “Şəxsi kabinet”lərinin hesabına əlavə edirlər. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları iləepayment.dim.gov.azinternet səhifəsində tanış olmaq mümkündür. Bu bakalavrlar da//eservices.dim.gov.az/erizemag/erize2səhifəsinə daxil olub “Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər (etdirirlər). Ərizəsini təsdiq etmiş (etdirmiş) bakalavlar imtahana qeydiyyatdan keçmiş hesab olunurlar. İmtahan 2021-ci ilmayın 26-dakeçiriləcək (respublikamızda sanitar-epidemioloji vəziyyətdən asılı olaraq imtahanın vaxtı dəyişdirilə bilər). Qəbul imtahanında sualların cavablandırılmasına 3saat vaxt ayrılır.

Oxşar xəbərlər