Bu mənzilləri 3 il satmaq, kirayə vermək olmaz!
8-07-2022, 19:04
84

Bu mənzilləri 3 il satmaq, kirayə vermək olmaz!



"Güzəştli mənzili əldə edən şəxslər 3 il müddətində onu öz adına keçirə bilməzlər". 
 
Bununla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin və Mənzil İnşaatı Dövlət Agentliyinin birgə keçirdiyi brifinqdə Agentliyin Beynəlxalq əlaqələr və strateji planlaşdırma şöbəsinin müdiri Fərman Qurbanlı məlumat verib.
 
Agentlik rəsmisi qeyd edib ki, mənzillərin özgəninkiləşdirilməsinə məhdudiyyətlər ehtiyacı olan şəxslərin mənzillə təmin edilməsinə hesablanıb: "Güzəştli mənzilin 3 il müddətinə kirayə verilməsi, satışı rəsmiləşdirilə bilməz”.

Oxşar xəbərlər