MİDA-dan müraciət: “Kömək” təklifinə inanmayın!
8-07-2022, 19:14
140

MİDA-dan müraciət: “Kömək” təklifinə inanmayın!

Hələ də sosial şəbəkələrdə güzəştli mənzil əldə etmək üçün vətəndaşlara “kömək” təklif edənlər var. 
 
Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin və Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) birgə keçirdiyi brifinqdə Agentliyin Beynəlxalq əlaqələr və strateji planlaşdırma şöbəsinin müdiri Fərman Qurbanlı bildirib.
 
Onun sözlərinə görə, MİDA belə hallarla rastlaşanda müvafiq tədbirlər görür:
 
“Biz vətəndaşlardan xahiş edirik ki, belə təkliflərə inanmasınlar və bizə müraciət etsinlər. Güzəştli mənzil sistemini elə hala gətirmək istəyirik ki, hansısa proqramçılar demo versiya vasitəsilə sistemin eynisini düzəldə bilməsinlər".

Oxşar xəbərlər