Ölkə / Cəmiyyət
4-07-2023, 11:15
140
Daşkəsən rayon İcra Başçısı Əhəd Abıyev rayon və kənd sakinlərinin problemlərinin həlli üçün əlindən gələni əsirgəmir
Bu gün haqqında söhbət açmaq istədiyimiz növbəti ziyalı insan Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevdir.
Daşkəsənin İcra Başçısı Əhəd Abıyev son günlər güclü dolu, leysan yağışları, sel və daşqınların rayona vurduğu ziyanların aradan qaldırılması ilə bağlı operativ müşavirə keçirib, təbii fəlakətin ziyan vurduğu yerlərdə sakinlərlə görüşüb.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin sədrliyi ilə Daşkəsən rayonu ərazisinə yağan intensiv dolu, leysan yağışları nəticəsində təbii fəlakətlərin vurduğu ziyanların aradan qaldırılması məqsədilə operativ müşavirə keçirilib. Müşavirədə rayonun mülki müdafiə üzrə xidmət rəisləri, aidiyyəti qurumların rəhbərləri iştirak ediblər.
İcra başçısı Əhəd Abıyev bildirib ki, son günlər Daşkəsən rayonunda baş vermiş güclü təbii fəlakət hadisələrindən dərhal sonra xüsusi qərərgah təşkil edilərək rayonun bütün yaşayış məntəqələri ilə mütəmadi əlaqə saxlanılmış, müvafiq köməkliklər göstərilmiş, mövcud vəziyyət öyrənilmişdir.
Belə ki, intensiv dolu və leysan yağışları nəticəsində Daşkəsən şəhərindən güclü sel keçmiş və sel suları şəhərin yollarını, əksər istinad divarlarını dağıtmış, elektrik və rabitə xətlərini qırmış, bir çox fərdi yaşayış evlərinin bünövrəsini uçurmuşdur.
Güclü sel suları və ərazidəki çayların məcrasından çıxması rayonun Çovdar, Alaxançallı, Qaraqullar, Təzəkənd, Xoşbulaq, Əmirvar, Quşçu, Bayan, Dəstəfur, Gurbulaq, Tapan, Pirverdilər kəndlərində və Alunitdağ qəsəbəsində yollara, elektrik transformatorlarına, rabitə, qaz xətlərinə, fərdi yaşayış evlərinə, əkin sahələrinə, heyvandarlıq və arıçılıq təsərrüfatlara ciddi ziyan vurmuş, dağıntılar əmələ gətirmişdir. Dağlardan iri qaya parçaları və palçıq kütlələri avtomobil yollarına töküldüyündən əksər yollarda nəqliyyatın hərəkətində fasilələr yaranmışdır.
İcra başçısı Əhəd Abıyev bildirib ki, təbii fəlakətin nəticələrinin aradan qaldırılması və təsirinin azaldılması sahəsində Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən rayonda həyata keçirilən qəti tədbirlər vəziyyəti qismən yaxşılaşdırıb, hazırda təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün yerli qurumlar güclərini səfərbər ediblər.
Onu da qeyd etmək istəyirik ki, Əhəd müəllim öz işinin peşəkarı bir insandır. Ona tapşırılan hər bir işin öhtəsindən layiqincə, ən əsası vicdan və ləyaqətlə gəlir. Rayon və kənd sakinlərinin dərin hörmət və rəğbətini qazanmışdır.
Redaksiyamız adından Əhəd müəllimin tutduğu bu yolda uğur və nailiyyətlər əldə edərək irəlilədiyi üçün təbrik edir, ona uzun və sağlam ömür arzu edirik.