Əvvəl inəklə, sonra "Mercedes"lə TOQQUŞDU
10-11-2022, 14:35
44

Əvvəl inəklə, sonra "Mercedes"lə TOQQUŞDU

Əvvəl inəklə, sonra
Noyabrın 9-da saat 18 radələrində Siyəzən rayonunun Məşrif kəndi ərazisində Eynibulaq kənd sakini Əhəd Abbasov idarə etdiyi “Opel” markalı avtomobillə 1 baş inəyi vurub.
 
Bu barədə  Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.
 
Belə ki, inəyi vuran Əhəd Abbasov daha sonra həmkəndlisi Ş.Mehralıyevin idarə etdiyi “Mercedes” markalı avtomobillə toqquşub. Nəticədə Ə.Abbasov hadisə yerində ölüb, digər sürücü və 1 sərnişini xəstəxanaya yerləşdiriliblər.
 
Faktla bağlı Siyəzən Rayon Polis Şöbəsində araşdırma aparılır.

Oxşar xəbərlər