Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun çıxışı
10-05-2023, 11:14
45

Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun çıxışı



Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev xalqımızı zamanın mürəkkəb tarixi - siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Bu gün inamla irəliləyən müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin həyat amalının təntənəsidir. 
Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlətçilik ənənələri Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. İqtisadi inkişaf sahəsində lider dövlətlərdən birinə çevrilən Azərbaycanda yeni infrastruktur layihələrin həyata keçirilməsi sayəsində bütün regionlar öz simasını əsaslı sürətdə dəyişməkdədir. 
Azərbaycan Respublikasında 2003-cü ilin "HEYDƏR ƏLİYEV İLİ" elan edilməsi ilə əlaqədar Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun 13 dekabr 2022-ci il tarixli 185 nömrəli sərəncamı ilə Ağstafa rayonunda keçiriləcək Tədbirlər Planı təsdiq edilmişdir. Tədbirlər planının icrasının təmin olunması məqsədilə Ağstafa rayonunda bir çox tədbirlər həyata keçirilmiş və keçirilməkdədir.
10 may 2023-cü il tarixdə saat 10:30 da Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, millət vəkili Nizami Cəfərov, Ağstafa rayon ictimayyətinin nümayəndələri tərəfindən Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunacaq və Ağstafa şəhər Heydər Əliyev Mərkəzində ümumirayon toplantısı keçiriləcəkdir. Tədbirdə Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov çıxış edəcəkdir. Daha sonra saat 19:00 da Ağstafa Aqrar Sənaye Kompleksində respublikanın tanınmış müğənnilərinin iştirakı ilə yubiley konserti və 21:30 atəşfəşanlıq olacaqdır.






Oxşar xəbərlər