Gədəbəyin yeni icra başçısı kimdir? - FOTO
11-08-2022, 16:43
73

Gədəbəyin yeni icra başçısı kimdir? - FOTO

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Gədəbəy rayonuna yeni icra başçısı təyin edib. Dövlət başçısının imzaladığı sərəncama əsasən, Orxan Çingiz oğlu Mürsəlov Gədəbəy rayon İcra Hakimiyyətinin rəhbəri postuna təyinat alıb.
 
O.Mürsəlov yeni təyinatadək Prezident Administrasiyasında çalışıb.
 
Yerli KİV-də yer alan məlumata görə, o, PA-nın Ərazi-təşkilat məsələləri şöbəsində baş məsləhətçi olub. 
 
Qeyd edək ki, Gədəbəyin icra başçısı postu 2021-ci il oktyabrın 5-dən boş qalmışdı. 

Oxşar xəbərlər