İqtisadiyyat
11-03-2021, 10:08
59
Güzəştli kredit əldə etmək istəyən sahibkarların NƏZƏRİNƏ
İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu tərəfindən təqdim edilən xidmət və məhsul, kredit və maliyyələşmə mexanizmləri barədə sahibkarların məlumatlandırılması məqsədilə vebinar keçiriləcək.
Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin müavini Samir Hümbətov vebinar zamanı sahibkarları maraqlandıran sualları cavablandıracaq.
Vebinarın “Zoom” platfoması üzərindən həyata keçirilməsi nəzərdə tutulur.
Tədbir 13 mart, saat 11:00-da baş tutacaq və iştirak etmək istəyən şəxslər müvafiq link vasitəsilə qeydiyyatdan keçə bilərlər.