Sahibkar Azad Qurbanov tütünçülük barədə məlumat verdi - foto
10-10-2022, 10:39
423

Sahibkar Azad Qurbanov tütünçülük barədə məlumat verdi - foto


Əziz oxucular! 

Redaksiyamızın bu günkü qonağı Tovuz şəhəri, Dönük Qırıxlı kənd sakini Qurbanov Azad Əli oğludur.

1978 ci il, 31 Dekabrda doğulan Azad Qurbanov Kənd Təsərrüfatı Akademiyasını bitirib. 2 nömrəli orta məktəbdə təsərrüfat müdiri işləyib. Daha sonra 3 il su idarəsində çalışıb. Hazırda tütünçülüklə məşğuldur.

Tütünçülüklə məşğul olan sahibkar İlqar Məmmədovla söhbətimiz zamanı ondan fəaliyyəti haqqında məlumat verməsini xahiş etdik. Gəlin onun öz dilindən tütünçülüklə bağlı maraqlı məqamları bilək...

Azad Qurbanovun sözlərinə görə, bu il ötən illə müqayisədə məhsuldarlıq təxminən 1,5 dəfədən çox olub:

“Mən Tovuz rayonunda tütünçülüklə məşğulam. Bu il 120 hektar sahədə tütün əkmişik. Ötən il məhsuldarlıq nisbətən zəif oldu. Belə ki, ötən il hektara 12-13 ton yaş tütün yığmışıq. Bu il isə hektara minumum 20 ton tütün olub. Artıq yığılan tütünlər kameralara yığılıb və qurudulur. Yığımla bağlı heç bir problemimiz olmayıb. Sahibkarlara sahənin becərilməsi və yığıma lazımi şərait yaradılıb. Bəzi xırda problemlər istisna olmaqla, ümumilikdə pandemiya bu sahəyə təsir etməyib, proses normal həyata keçirilib”.

A.Qurbanov onu da bildirib ki, artıq yığılan tütünün xaricə ixracı da başlayıb: “Hazırda Rusiya bazarına ixrac edirik. İndiyə qədər 20 ton quru tütün ixrac etmişik. Proses davam edir. Quru tütün hazır olduqca ixrac edirik. İxrac üçün də lazımi imkanlar yaradılıb. İxrac üçün hələlik Ukraynadan cavab gözləyirik. Keçən il Rusiya, Ukrayna, Bolqarıstan və Belarusa ixrac edirdik. Pandemiya ilə əlaqədar Bolqarıstan hazırda sərhədləri bağladığından bu ölkədən sifariş yoxdur, Belarusda isə həmin ölkədəki məlum vəziyyətlə bağlı sifariş yoxdur. Amma Rusiya artıq bizim tütünü qəbul edir, yaxın vaxtlarda isə Ukraynadan sifariş qəbul edəcəyik”.

Sahibkar bildirir ki, hazırda xaricə “Virginiya” sortundan tütün ixrac edilir: “Bu sort ətirli tütündür və xarici istehsala yararlıdır. Yerli sortları sifariş vermədikləri üçün həmin tütün sortlarını əkmirik. Yerli tütünün keyfiyyəti “Virginiya” sortundan aşağıdır, ona görə də xarici tələbat əsasən “Virginiya” və “Samsun” sortlarınadır”.

Hazırda tütün mövsümünün 3-cü yığımı gedir: “Tütünün 3 yığımı olur: 1-ci, 2-ci və 3-cü yığım. Artıq 3-cü yığımı həyata keçiririk. Yığım hava şəraitindən asılı olaraq oktyabrın ortaları və ya sonuna qədər davam edəcək”.

Söhbətimizin sonunda Azad müəllimə fəaliyytində uğurlar arzu edirik! 

 

 

Oxşar xəbərlər