Meşələrə və ağaclara qənim kəsilən şəxslər yerindəcə cəzalandırılmalıdır
30-05-2023, 14:34
256

Meşələrə və ağaclara qənim kəsilən şəxslər yerindəcə cəzalandırılmalıdır


Redaksiyamıza daxil olan şikayətdə bildirilir ki, Gədəbəy rayon 7 saylı idarənin ərazisində ərazisində ağaclar külli miqdarda qırılır. Bu ərazi Şəmkir rayon Regional Meşə idarəsinə baxır. Idarənin rəhbəri Vasif, ərazinin mühafizəsi isə Mübariz adlı şəxsdir.


Mübariz və Vasif birləşib meşələri bu vəziyyətə qoyur, ağacları kəsib, qırırlar. Meşə ərazilərini satırlar. Hələ bu azmış kimi ağacları belə satırlar, pullarını qoyurlar ciblərinə.


Insan nə qədər qəddar ola bilər ki, təmiz havanı bizə bəxş edən ağacları, meşələri bu günə qoya.  Ağacları kökündən çıxarıblar. Əksər hissəsini isə kəsib doğrayıblar.


Bəs görəsən ağaclara qənim kəsilən bu şəxslərin məqsədi nədir. Və yaxud başqa bir sual. Kimə arxayın olub bu əməli rahatlıqla yerinə yetirir. Bəlkə də onlara da bu tapşırıq başqaları tərəfindən verilmişdir.


Redaksiyamızın əməkdaşları sözügedən ərazidə oldular, araşdırma apardılar. Əlimizdə olan faktlarla belə qənaətə gəldik ki, Vasif və Mübariz ikilisi birlikdə çalışırlar. Meşələri talan edib, ekologiyaya ciddi zərər vururlar. Şəkildəndə göründüyü kimi şəkildəki şəxs ağaclara qənim kəsilib. 


Hara baxır bəs görəsən Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev? Yəni bu baş verənlərdən xəbəri yoxdurmu. Yoxsa xəbərləri var, sadəcə özləri görməməzlikdən gəlirlər. 


Aidiyyatı qurumlardan məsələ ilə bağlı ciddi tədbir görmələrini xahiş edirik. Vasif və Mübariz ikilisinin bu qanunsuz əməlləri tezliklə cəzalandırılmalıdır. Bu cür icazəsiz, heç bir səbəb və məqsədi olmadan ağaclara ziyan verən insanlar zamanında və yerində layiqincə cəzalandırılmalıdırlar. Onu da qeyd etmək istəyirik ki, dəfələrcə Vasif müəllimə telefon əlaqəsi qurmaq istəməmizə baxmayaraq, o zənglərimizə cavab verməmiş, bizə qarşı çox böyük hörmətsizlik etmişdir. 


Araşdırmamız davam edir, qarşı tərəfin mövqeyini dinləməyə hazırıq..




































Və sonda Nəzərinizə çatdırmaq istəyirik ki, aşağıdakı şəkildə soldakı şəxs Gədəbəy rayon Meşələri üzrə baş Mühasibdir, sağdakı isə gözətçi İbrahimov Mübariz Qiyas oğludur. Şəkilə baxanda aydın olur ki, ağacların soyqırımından qazandıqları pullar ilə kafelərdə yeyib içirlər. 





Oxşar xəbərlər