Ağcabədi rayonunun girişində pendir sexi çox pis vəziyyətdədir
15-05-2023, 11:00
83

Ağcabədi rayonunun girişində pendir sexi çox pis vəziyyətdədir



Redaksiyamıza daxil olan Şikayətdə bildirilir ki, Ağcabədi rayonunun girişinde pendir sexi çox pis vəziyyətdədir. 
Redaksiyamız məsələ ilə bağlı araşdırma aparmaq üçün məhz həmin pendir sexinə yollandı. Direktorumuz Seymur müəllim araşdırma zamanı şikayətin doğruluğunu təsdiqlədi. Pendir sexi həqiqətən çox pis vəziyyətdədir. Sexdə təmizlik qaydalarına riayət olunmur. Bu cür şəraitdə hazırlanan pendir insan sağlamlığı üçün olduqca ziyandır. Sexin sahibi Anar adlı şəxsdir. Anar müəllim sexdə qayda qanunlara riayət etmir, sexin təmizliyinə nəzər yetirmir. 
Məsələ ilə bağlı üzümüzü tuturuq Qida Təhlükəsizliyi Agentliyinə. Yazıb sizdən xahiş edirik ki, bu pendir sexinə baxış keçirəsiniz. Və ciddi tədbir görəsiniz. 
Araşdırmamız davam edir, qarşı tərəfin mövqeyini dinləməyə hazırıq. 
[media=https://youtu.be/36GdLlEK_OU]

Direktor 
M.Seymur 


Oxşar xəbərlər