Camaata at-it əti satan-satdıran işbaz cinayətkarlar yerindəcə cəzalandırılmalıdır
24-05-2023, 11:39
36

Camaata at-it əti satan-satdıran işbaz cinayətkarlar yerindəcə cəzalandırılmalıdır

İnsan sağlamlığı üçün qida təhlükəsizliyi əsas olsa da, təəssüflər olsun ki, yerli bazarda ziyanlı məhsullar satanlar az deyil. Mənşəyi bilinməyən ət və ət məhsullarının ayaq açıb yeriməsi həqiqətən də narahatlıq doğurur. İndiyə qədər tonlarla at, eşşək və ölmüş mal ətini bazara çıxarıblar.


“At ətini kəsib mal əti adı ilə satan leşsatanlar, vicdanını itirmişlər var. Onlar at ətini mal əti adı ilə insanlara satırsa bu, birbaşa cinayətdir. Bunun qarşısı alınmalıdır. Heç kimə sirr deyil ki, son illərdə Azərbaycanda at əti satmağa cəhd edənlər saxlanılır, onlar barəsində cinayət işi açılır, ən yaxşı halda isə iri məbləğdə cərimə olunurlar.


Bu gün haqqında danışmaq istədiyimiz şəxs Ağcabədi rayon ərazisində fəaliyyət göstərən qəssab Taleh adlı şəxsdir. Demək bunlar mənşəyi bilinməyən heyvan əti kəsib satırlar. Qapını bağlayırlar, heç kəs bunlara mane olmasın deyə, öz işlərini rahat görürlər. Bilinmir at ətidir, it ətidir, yoxsa nə. Daha aydın desək Taleh adlı şəxs qanunsuz ət kəsimi və satışı ilə məşğuldur. Qorxmur, çəkinmir ki, birdən sakinlərin sağlamlığına zərər vurar.


Belə ətlər zərərli bakteriya və mikroblarla zəngindir və təhlükəli xəstəliklər yaradır. Belə şəxslərə qarşı daha ciddi mübarizə aparılmalıdır. Lakin istehlakçılar bu işdə maraqlı deyillər, məsələn, belə faktlarla rastlaşanda müvafiq oqranlara xəbər vermirlər. Bizdə istehlakçı bilikləri, sosial məsuliyyət çox aşağıdır.


Məsələ ilə bağlı üzümüzü tuturuq aidiyyatı qurumlara. Taleh və Taleh kimi nə qədər qanunsuz ət kəsimi və satışı ilə məşğul olan şəxslər varsa hamısı barəsində ciddi araşdırılma aparılmasını və lazımi tədbir görmələrini xahiş edirik. 

Oxşar xəbərlər