Göygöl Suvarma Sistemləri İdarəsi rəhbəri ölkə başçısının etimadını doğruldur – Foto
24-10-2024, 09:39
401

Göygöl Suvarma Sistemləri İdarəsi rəhbəri ölkə başçısının etimadını doğruldur – Foto


Xüsusi olaraq vurğulamaq istəyirəm ki, Ulu Öndər Heydər Əliyev meliorasiya və suvarma işinə məxsusi həssaslıqla yanaşır, bu sahədə mövcud problemlərin həlli üçün ən kəskin və qətiyyətli addımları atır, bu vacib sahənin əhəmiyyətini hamıya hiss etdirirdi.
Bu sahənin əməkdaşları üçün ikiqat fərəhlidir ki, möhtərəm Prezidentimiz, Ulu Öndərin layiqli davamçısı İlham Əliyev də suvarmanın əhəmiyyətini önə çəkir və bu sahənin inkişafı üçün hər cür kömək göstərir.
Yəqin ki, statistika həvəskarları maraqlansalar, yaxın keçmişə müraciət etsələr, görərlər ki, Ulu Öndərin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra yüz minlərlə hektar ölü torpaq sahələri yenidən “canlanıb”, yenidən bar-bərəkət yetirən müqəddəs bir nemətə çevrilib.
Göygöl əhalisi suvarma işinin nə demək olduğunu digər bölgələrdən, xüsusilə də, təbiəti mülayim bölgələrdən daha yaxşı bilirlər.
Bu rayonunun özünəməxsus iqlimi var — qışı çox sərt keçməsinə, yayının istisinə, necə deyərlər, söz ola bilməz. Həmişə torpaqla “ünsiyyətdə” olan, ruzisini torpaqdan çıxaran sakinlər işin azından, çoxundan, havanın isti-soyuğundan qorxmurlar. Bircə nigarançılıqları əkdikləri sahələrin vaxtında suvarılması sarıdandır.
Məhz İsmayıl müəllimin Göygöl Suvarma Sistemləri İdarəsinə rəhbərlik etdiyi dönəmdən bu yana sakinlər üçün son illər bu barədə də hər şey qaydasındadır.
Bu gün zənnimcə hamı bilir ki, torpaqla bağlı insanların əməklərinin, əziyyətlərinin hədər getməməsi, çəkdikləri zəhmətin bəhrəsini görmələri İsmayıl müəllimin fəaliyyəti ilə sıx əlaqəlidir. Bu da sözsüz ki, bir rəbər kimi onun məsuliyyətini ikiqat artırır, daha da yaxşı işləməyə sövq edir.
Ulu öndər Heydər Əliyevin məşhur sözü var: “İqtisadiyyatı güclü olan ölkə hər şeyə qadirdir”. Bizdə də belədir – torpağı normal suvarılan fermer, kəndli, bir sözlə, torpaq adamı torpaqdan hər cür nemət, məhsul götürməyə və rəvan həyat qurmağa qadirdir.

Uğurlarınız bol olsun, İsmayıl müəllim!

]

Oxşar xəbərlər