Bu ölkə Azərbaycana fəxri konsul təyin etdi
Dünən, 18:54
657

Bu ölkə Azərbaycana fəxri konsul təyin etdi

 
Paraqvay Azərbaycana fəxri konsul təyin edib.
Bu barədə Report-a Paraqvayın mənzil-qərargahı Ankarada olan Azərbaycan üzrə səfiri Gillermo Sosa (Cirilo Guillermo Sosa Flores) deyib.
O, bildirib ki, bu vəzifəyə Tərlan Məmmədov təyin edilib.
"İnanırıq ki, onun fəaliyyəti Azərbaycan ilə Paraqvay arasında kommersiya, mədəni və institusional əlaqələrin inkişafına mühüm töhfələr verəcək", - səfir deyib.

Oxşar xəbərlər