
Dünya / Cəmiyyət
Dünən, 16:23
906
Elbrus dağında faciə: İki alpinist öldü, dörd nəfər itkin düşdü
Rusiyanın ən yüksək zirvəsi olan Elbrus dağında baş verən faciə nəticəsində iki alpinist həyatını itirib, daha dörd nəfərin axtarışları davam edir.
İlkin məlumata əsasən, dağa qalxan qrup yeddi nəfərdən ibarət olub.
Bildirilib ki, 5100 metr yüksəklikdə iki alpinistin səhhəti qəfil pisləşib. Bundan sonra qrup üzvlərindən biri aşağı enərək xilasedicilərə məlumat verib.
Məlumata görə, həyatını itirən alpinistlər Bosniya və Herseqovina vətəndaşlarıdır.
Hazırda xilasedicilər əlverişsiz hava şəraitində qrupun itkin düşən daha dörd üzvünün axtarışlarını davam etdirirlər.




