“WhatsApp”dan böyük yeniləmə – Yeni funksiyalar bunlardır
Bu gün, 11:28
881

“WhatsApp”dan böyük yeniləmə – Yeni funksiyalar bunlardır

 
“WhatsApp”, istifadəçilər üçün gözlənilən böyük yeniləməni istifadəyə verib.
Yeniliklər arasında iPad üçün müstəqil hesab yaratmaq imkanı və avtomobillərdə mesajlaşma təcrübəsini yaxşılaşdıran funksiyalar yer alır.
Artıq istifadəçilər “iPhone”a ehtiyac olmadan birbaşa iPad tətbiqi vasitəsilə yeni “WhatsApp” hesabı yarada biləcəklər.
Əvvəllər iPad versiyasından istifadə üçün hesabı telefona bağlamaq tələb olunurdu.
Bununla yanaşı, “Apple CarPlay” və “Android Auto” dəstəyi də yenilənib.
İstifadəçilər sükan arxasında əllərini istifadə etmədən zəng edə, gələn mesajları dinləyə, onlara səsli cavab verə və zəng tarixçəsinə baxa biləcəklər.

Oxşar xəbərlər