
Dünya
Bu gün, 15:33
963
“Zara”nın bu məhsulu ilə bağlı xəbərdarlıq edildi: Ölümcüldür, almayın
“Zara”nın atlaz şalvarı və “Madewell” sviteri alıcılar üçün ölümcül elan edilib.
Bu barədə "The Cut" məlumat yayıb.
Nəşrin məlumatına görə, məşhur brendlərin yuxarıda adı çəkilən geyimləri təhlükəlidir. Əvvəlcə sosial mediada onlarla video yayılıb və orada qadınların “Zara”nın geniş ayaqlı şalvarlarından şikayətləndiyi bildirilib. @stephaniesworld adı altında bloq yazan avstraliyalı Stefani bu şalvarı geyindikdən sonra yıxılıb və tibbi yardım almalı olub.
Nəticədə, “Zara” məhsulu "ölüm şalvarı" adlandırılıb və daha sonra internetdə eyni dərəcədə təhlükəli geyim əşyaları haqqında müzakirələr başlayıb. Xüsusilə, pərakəndə satış şirkəti “Madewell”in "toxuculuq üçün federal yanğın təhlükəsizliyi standartlarına tam uyğun gəlmədiyi" üçün geri çağırdığı sviterlərlə bağlı.
ABŞ İstehlakçı Məhsullarının Təhlükəsizliyi Komissiyasının (CPSC) ağır yanıqlara və ölümə səbəb ola biləcək yanğın riski səbəbindən bu məhsulun təxminən 6000 ədədini geri çağırdığı məlum olub. “Madewell” nümayəndələri artıq bir yanğın hadisəsi barədə məlumat veriblər, lakin zərər çəkmiş müştəri haqqında təfərrüatları açıqlamayıblar.
“The Cut” “Zara” və “Madewell”in mətbuat ofisləri ilə əlaqə saxlasa da, vəziyyətlə bağlı hələlik rəsmi şərh almayıb.




