Sumqayıtda piyadanı vuraraq öldürüb qaçan sürücü saxlanılıb
1-05-2023, 11:58
39

Sumqayıtda piyadanı vuraraq öldürüb qaçan sürücü saxlanılıb




Ötən gecə Sumqayıtda idarə etdiyi "VAZ-2107" markalı avtomobillə piyadanı vuraraq qaçan sürücü saxlanılıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxsin 1987-ci il təvəllüdlü Şirinov Zaur Əliəskər oğlu olduğu müəyyənləşib. Qeyd edək ki, hadisə ötən gün axşam saatlarında şəhərin Çerkası küçəsində baş verib. Hadisə nəticəsində piyada, 2006-cı il təvəllüdlü Ceyhun Cavadov ölüb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər