Sevgilisini küçədə bıçaqlayan şəxs tutuldu
30-08-2022, 15:46
57

Sevgilisini küçədə bıçaqlayan şəxs tutuldu

Bakıda küçədə qadını bıçaqlayaraq avtomobillə hadisə yerindən qaçan şəxs saxlanılıb.
 
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən  bildirilib ki, paytaxtın Yasamal rayonunda tanışı olan qadını bıçaqlayaraq avtomobillə hadisə yerini tərk edən şəxsin kimliyi müəyyənləşdirilib və o, saxlanılaraq istintaqa təhvil verilib.
 
Yaxınlıqdakı xəstəxanaya yerləşdirilən qadın əməliyyat edilib və hazırda vəziyyətinin stabil olduğu deyilir.
 
Qeyd edək ki, sosial şəbəkələrdə yayılan görüntülərdə hadisə zamanı qadına 9 bıçaq zərbəsi vuran naməlum şəxsin "77-CZ-316" dövlət nişanlı avtomobillə hadisə yerindən uzaqlaşması anı əks olunub.

Oxşar xəbərlər