Dünən 3 "VAZ" aşıb - Ölənlər var
19-10-2022, 12:54
57

Dünən 3 "VAZ" aşıb - Ölənlər var

Dünən 3
Ötən gün 3 maşın aşıb.
 
Bu barədə  Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.
 
Belə ki, oktyabrın 18-də saat 14 radələrində Cəlilabad rayonunun Təzəkənd kəndi ərazisində rayon sakinləri Murad Salayev idarə etdiyi “VAZ-21074” və H.Salazadə idarə etdiyi “VAZ-2106” markalı avtomobilləri aşırıblar. Nəticədə M.Salayev hadisə yerində ölüb, digər sürücü və 2 sərnişin xəstəxanaya yerləşdiriliblər.
 
Analoji hal elə həmin gün saat 20 radələrində Hacıqabul rayonunun Abdulabad kəndi ərazisində qeydə alınıb. Belə ki, rayon sakini Əlizamin Ağayev idarə etdiyi “VAZ-21060” markalı avtomobili kanala aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb, sərnişini olan oğlu isə xəstəxanaya yerləşdirilib.
 
Qeyd edilən faktlarla bağlı araşdırmalar aparılır.

Oxşar xəbərlər