Səhər saatlarında dəhşətli xəbər gəldi: Ölən var
30-01-2023, 11:39
60

Səhər saatlarında dəhşətli xəbər gəldi: Ölən var




Lənkəran rayonunda Rusiya vətəndaşı avtomobillə piyadanı vuraraq öldürüb. Рadisə yanvarın 30-u saat 05 radələrində Yeni Ələt-Astara-İran sərhəddi avtomobil yolunun rayonun Boladi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Rusiya Federasiyası vətəndaşı, 1962-ci il təvəllüdlü Temirbekov Arsen istiqamətində hərəkətdə olarkən, yolu keçmək istəyən piyada, 1975-ci il təvəllüdlü Hüseynov Mərdan Təbriz oğlunu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır. 

Oxşar xəbərlər