Bakıda marşrut avtobusu qəza törətdi - Ölən və yaralanan var
15-02-2023, 10:36
36

Bakıda marşrut avtobusu qəza törətdi - Ölən və yaralanan var



Bakıda marşrut avtobusunun iştirakı ilə ağır yol qəzası baş verib. Dünən saat 22 radələrində Nizami rayonu Bəkir Çobanzadə küçəsində 81 saylı marşrut üzrə hərəkət edən avtobus 2 piyadanı vurub.Zərbənin gücündən piyadalar qarşıdan gələn “Saipa” markalı minik avtomobilinin üstünə düşüb. Ağır xəsarət alan piyada, 1990-cı il təvəllüdlü Amin Budaqov hadisə yerində ölüb. Digər piyada, 1979-cu il təvəllüdlü Rəsul Tomayev isə xəstəxanaya yerləşdirilib.

Oxşar xəbərlər