“Zirə” “Qəbələ”ni məğlub etdi
5-09-2022, 08:52
59

“Zirə” “Qəbələ”ni məğlub etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında V turun son oyunu keçirilib.
 
Günün yekun matçında "Zirə" klubu "Dalğa Arena"da "Qəbələ"ni qəbul edib.
 
Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
 
Bununla da "Zirə" xallarını 7-yə çatdıraraq, turnir cədvəlində 6-cı pilləyə yüksəlib. Ardıcıl 2-ci məğlubiyyətini alan "Qəbələ" isə 9 xalla 4-cü sırada qərarlaşıb.

Oxşar xəbərlər